Qərbi Azərbaycan İcması Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bəyanat yayıb
10.05.2023 [10:20]
Qərbi Azərbaycan İcması Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi barədə bəyanat yayıb.
Bəyanatda deyilir:
"Bu gün biz bütün ömrünü Azərbaycana xidmətə həsr etmiş görkəmli siyasətçi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyini qeyd edirik.
Azərbaycanın müasir tarixinin formalaşmasında mühüm rol oynamış Heydər Əliyev xalqın mənafeyi naminə yorulmadan çalışan uzaqgörən dahi şəxsiyyət idi.
Qədirbilən Azərbaycan xalqının Heydər Əliyevin xatirəsini Ümummilli Lider kimi əziz tutması bu əvəzedilməz şəxsiyyətin öz dühası, zəngin mənəviyyatı və qeyri-adi iş qabiliyyətləri ilə bir rəhbər kimi xalqı tarixin ən çətin sınaqlarından üzüağ çıxarması və onun təhlükəsizliyini və firavanlığını təmin etməsi ilə bağlıdır.
Çox çətin və şərəfli həyat yolu keçmiş Ulu Öndər Azərbaycan xalqının marağını həmişə hər şeydən uca tutmuşdur.
Heydər Əliyev kommunist ideologiyasının hakim olduğu SSRİ dövründə məlum ayrı-seçkiliyə baxmayaraq qeyri-adi peşəkar qabiliyyətləri və yorulmaz əməyi sayəsində nəinki özü bir azərbaycanlı kimi təhlükəsizlik orqanlarında ali rütbəyə yüksəlmiş, həm də çoxlu sayda azərbaycanlı kadrların hazırlanmasını təmin etmişdir.
Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini – Siyasi Büro üzvü kimi işlədiyi dövrdə Azərbaycan xalqının milli özünüdərkinə, respublikanın sosial-iqtisadi inkişafına əvəzsiz töhfələr vermiş, respublikada təsis edilməsinə nail olduğu hərbi məktəblər ilə milli hərbi kadrların hazırlanmasına şərait yaratmışdır. Məhz onun təşviq etdiyi bu möhkəm milli-ideoloji, sosial-iqtisadi və kadr potensialı Azərbaycanın 1991-ci ildə müstəqil dövlət kimi həyat qabiliyyətini təmin etmişdir.
Mixail Qorbaçov başda olmaqla müəyyən bədxah qüvvələrin Heydər Əliyevin SSRİ-nin ali rəhbərliyindəki vəzifələrindən istefa verməsinə nail olmaq üçün mənfur səyləri onların Azərbaycana qarşı məkrli planlarının ilk addımı idi. 1987-ci ildə buna nail olduqdan sonra, dərhal Ermənistan SSR-də azərbaycanlıların etnik təmizləməsinə və Azərbaycana qarşı ərazi iddiasına rəvac verildi.
Sonrakı illərdə hadisələrin sürətlə Azərbaycanın ziyanına işləməsi 1993-cü ildə ölkədə ağır böhran yaratmışdı. Belə vəziyyətdə, xalqın təkidli tələbi ilə Azərbaycanın son ümid istinadgahı olan Heydər Əliyev hakimiyyətə qayıtmış, həyatına olan təhlükələrə baxmayaraq, ölkədə vəziyyəti qısa müddətdə normallaşdırmış, Ermənistanın işğalçı ordusunun irəliləməsini dayandırmış, mürəkkəb geosiyasi vəziyyətdə məharətlə hərəkət edərək, yenicə əldə edilmiş dövlət müstəqilliyinin qoruyub saxlamışdır.
Ulu Öndərin birbaşa rəhbərliyi altında hazırlanan, insan hüquqları və demokratiya prinsiplərinə əsaslanan Azərbaycan Respublikasının Konstitusiyası və azərbaycançılıq məfkurəsi ilə dövlət müstəqilliyinin milli ideoloji və hüquqi çərçivəsi müəyyənləşdirilmiş və istiqlalımızın əbədiliyi və dönməzliyi təmin edilmişdir.
"Göyçə mahalı, Zəngəzur deyəndə xalqımızın ürəyi ağrıyır, xalq o torpaqların arzusu ilə yaşayır" sözləri ilə xalqımızın iztirablarını dilə gətirən Ümummilli Lider Heydər Əliyev Qərbi Azərbaycan mövzusuna bütövlükdə Azərbaycan xalqının mənafeyi və ədalət prinsipindən çıxış edərək böyük diqqət və qayğı göstərmişdir. Ulu Öndər Azərbaycan ərazilərinin Ermənistana verilməsi, azərbaycanlıların oradan zorla qovulmasına dair tarixi faktları və azərbaycanlı qaçqınların geriyə qayıtmaq hüququ məsələsini ən mötəbər beynəlxalq platformalarda dilə gətirmişdir. Prezident Heydər Əliyevin azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi şəkildə deportasiyasına siyasi-hüquqi qiymətin verilməsi haqqında 1997-ci il dekabrın 18-də verdiyi Fərman, ölkənin milli qanunvericiliyində qaçqınların geri qayıtmaq hüququnu təsbit etməsi və onlara göstərdiyi sosial dəstək Qərbi azərbaycanlılar tərəfindən heç vaxt unudulmayacaq.
Ümummilli Liderin layiqli davamçısı olan İlham Əliyevin bütün sahələrdə apardığı uğurlu siyasət Vətən həsrəti ilə yaşayan Qərbi azərbaycanlılara ən böyük təsəlli və bizim haqq işimizin öz həllini tapacağına zəmanətdir. Ata vəsiyyətini yerinə yetirib Şuşa şəhəri daxil olmaqla Azərbaycan torpaqlarını yadelli işğalından azad etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gün məhz həmin şəhərdə Ümummilli Liderin 100 illik yubileyini qeyd etməsi, haqq-ədalətin təntənəsi və çox mənalı tarixi hadisə olaraq biz Qərbi azərbaycanlıları gələcəyə daha nikbin baxmağa inandırır".
Xəbər lenti
Hamısına baxElanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17

