/ / Şavkat Mirziyoyev Ulu Öndərin 100 illiyi ilə bağlı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
Şavkat Mirziyoyev Ulu Öndərin 100 illiyi ilə bağlı Azərbaycan Prezidentinə təbrik məktubu göndərib
11.05.2023 [16:48]
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Təbrik mətnində deyilir:
"Möhtərəm İlham Heydər oğlu!
Əziz qardaşım!
Sizi və qardaş Azərbaycan xalqını mühüm tarixi hadisə - ölkənizin Ümummilli Lideri, görkəmli dövlət xadimi və siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Bu unudulmaz gündə Azərbaycan xalqının dahi oğlu və əsl vətənpərvər şəxsiyyətin unudulmaz xatirəsini sonsuz qürur hissi ilə yad edərək, xüsusi vurğulamaq istərdim ki, Heydər Əliyev öz güclü iradəsi və nadir liderlik qabiliyyəti ilə müasir Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə və onun yeni dövlətçiliyinin təməlinin qoyulmasına, millətin birliyinə, həmrəyliyinə misilsiz töhfələr vermişdir.
Eyni zamanda, Özbəkistan ilə Azərbaycan arasında çoxşaxəli və uzunmüddətli münasibətlərin hərtərəfli inkişafı, dost və qardaş ölkələrimizin əlaqələrinin möhkəmləndirilməsi istiqamətində bu dahi şəxsiyyətin misilsiz xidmətlərini hər zaman yüksək ehtiram duyğuları ilə xatırlayacağıq.
Mübaliğəsiz qeyd etmək olar ki, bu əlamətdar yubiley münasibətilə Özbəkistanda Heydər Əliyevin mənalı həyat yoluna və örnək fəaliyyətinə həsr olunmuş çoxsaylı dəyirmi masalar, müxtəlif mədəni-maarif tədbirləri, elmi-bədii ədəbiyyatların nəşri özbək xalqının bu dahi şəxsiyyətə hədsiz ehtiramının parlaq ifadəsidir.
Hörmətli İlham Heydər oğlu!
Biz Zati-alinizi - möhtərəm atanızın başladığı şərəfli yolun layiqli davamçısını, ölkəsinin nüfuzunu beynəlxalq aləmdə böyük dərəcədə artıran və tarixi ədaləti bərpa edən mahir siyasi xadimi Özbəkistanın əsl dostu kimi tanıyırıq, həmçinin strateji tərəfdaşlığımızın yeni səviyyəyə yüksəlməsi üçün Sizin fəal səylərinizi tam dəstəkləyirik.
Xüsusilə və böyük məmnunluqla qeyd etmək istərdim ki, son zamanlar aramızda yaranan və möhkəm etimad ruhunda qurulmuş dialoqlarımız, cari ilin mart ayında Bakıda apardığımız açıq və səmərəli danışıqlarımız ikitərəfli və çoxtərəfli münasibətlərimizin inkişafına böyük təkan vermişdir.
Bununla yanaşı, yaxın gələcəkdə baş tutacaq ali səviyyədə səfərimiz zamanı əldə ediləcək mühüm razılaşmalar, əməkdaşlığımızın genişləndirilməsinə yönəlmiş dəqiq layihələr və əməli proqramlar şübhəsiz ki, hərtərəfli əlaqələrimizi daha yüksək səviyyəyə qaldıracaqdır.
Atanız Heydər Əliyevin nurlu xatirəsinin qəlblərimizi işıqlandırdığı bu günlərdə Sizə və bütün ailə üzvlərinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh və əmin-amanlıq, davamlı tərəqqi və firavanlıq arzulayıram."
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

