Yunanıstanda parlament seçkiləri
23.05.2023 [10:54]
Hakim partiya rəqiblərindən öndədir
N.BAYRAMLI
Yunanıstanda mayın 21-də keçirilən seçkilərin nəticələri artıq məlumdur. Bu ölkənin baş naziri Kiriakos Mitsotakisin rəhbərlik etdiyi sağ mərkəzçi “Yeni Demokratiya” partiyası səslərin 40,8 faizini toplayaraq bütün rəqiblərindən öndədir. Lakin seçkilər proporsional seçki sistemi ilə keçirildiyi üçün “Yeni Demokratiya” partiyası təkbaşına hökumət qurmaq üçün tələb olunan 46 faizə nail ola bilməyib. Sabiq baş nazir Aleksis Tsiprasın rəhbərlik etdiyi əsas müxalifət partiyası “Radikal Sol Qüvvələrin Koalisiyası - Proqressiv Alyans” (“SİRİZA”) 20 faiz aralığında səs toplayaraq tərəfdarları arasında məyusluq yaratsa da, sosialist “PASOK - Dəyişiklik Hərəkatı” partiyası isə səslərini artıraraq 11,5 faizlə üçüncü ən böyük partiya kimi mövqeyini qoruyub. Kommunist Partiyası 7,2 faizlə dördüncü, millətçi “LİSY” (“Yunan həlli”) partiyası isə 4,5 faizlə beşinci partiya olaraq parlamentə daxil olmaq hüququ qazanıblar.
Hakim partiyanın lideri, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis bildirib ki, seçkilərin nəticəsi vətəndaşların onun partiyasına 4 illik hökumət mandatı verdiyini göstərib. “Xalq Yunanıstanın başqalarının köməyi olmadan çoxluq hökuməti və “Yeni Demokratiya” partiyası tərəfindən idarə olunmasını istəyirdi”, - deyə Mitsotakis qələbə nitqində bildirib. Lakin Mitsotakisin partiyasına parlamentdə çoxluq üçün tələb olunan 150 yerə sahib olmaq üçün 5 yer çatmayıb.
Elan edilən səs nisbətlərinə əsasən belə qənaətə gəlmək olar ki, “Yeni Demokratiya” partiyası “PASOK” ilə hökumət qura bilər. Bununla belə, “PASOK” lideri Nikos Androulakis seçkilərdə qələbə qazanmış Kiryakos Mitsotakisin mümkün koalisiya hökumətinə rəhbərlik etməli olduğunu təkzib edib. Çünki baş nazirin qələbə münasibəti ilə etdiyi çıxış onun hakimiyyəti başqa partiya ilə bölüşməyəcəyinin və ikinci seçki keçiriləcəyinin göstəricisi kimi şərh edilir. Seçkilərin nəticələri bu şəkildə yekunlaşarsa, Yunanıstan prezidenti Katerina Sakellaropulou əvvəlcə seçkiləri qabaqlayan Mitsotakisi, sonra isə digər partiyalara yeni hökumətin formalaşdırılması ü?ün müəyyən vaxt verəcək. Əgər böyük sürpriz olmasa, hökumətin formalaşmayacağı təxmin edilir. Hökumət formalaşdırıla bilməsə, Yunanıstan konstitusiyasında nəzərdə tutulduğu kimi, 60 gün sonra, yəni iyunun sonunda və ya iyulun əvvəlində yenidən parlament seçkiləri keçiriləcək.
Yunanıstanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edən politoloq Tural İsmayılov qəzetimizə açıqlamasında bildirib ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin rəhbərlik etdiyi hakim sağ mərkəzçi “Yeni Demokratiya” partiyasının seçkilərdə üstünlük qazanması bu ölkədə dəyişiklik istəyən qüvvələrin azaldığını göstərir. “Artıq Yunanıstan cəmiyyətində vəziyyət əvvəlkindən fərqlidir. Belə olan halda, həm də diqqətedici məqamlar var. Artıq Yunanıstanda sol mövqelər kifayət qədər zəifləmiş vəziyyətdədir. Özəlliklə, solçu SİRİZA-nın iqtidarda olduğu müddətdə Yunanıstanın iqtisadi defolt vəziyyəti daha da kəskinləşdi. Yunanıstan xalqı sol mövqelərin zəiflədilməsinə dəstək verib”, - deyən həmsöhbətimiz əlavə edib ki, sağ mərkəzçi qüvvələr Türkiyə ilə münasibətləri gərgin saxlayır. Həm də Yunanıstanı qızışdıran qüvvələr var ki, Türkiyəyə qarşı ondan istifadə etməyə çalışırlar.
Politoloq qeyd edib ki, ana müxalifət partiyası, Radikal Sol Qüvvələrin Koalisiyası - Proqressiv Alyans (SİRİZA - PA), keçmiş baş nazir Aleksis Tsipras 20,07 faiz səs toplayıb. Nəticədə “Yeni Demokratiya” partiyası parlamentdə 145 yer, “SİRİZA - PA” 72 yer qazanıb. Yunanıstan Avropa İttifaqının tənqidi üzərində qurulan sistemi artıq istəmir. T.İsmayılovun fikrincə, seçkilərdən sonra adalar mövzusunda Türkiyə ilə ortaq qərarlar alına bilər. Çünki yeni hökumətin seçkiöncəsi vədlərində bu məsələ xüsusi yer tuturdu.
Xəbər lenti
Hamısına baxDünya
26 May 22:56
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42

