Atasının qisasını alacağına söz verən “demokrat”...
02.06.2023 [19:27]
“Ərəb baharı” dövründə adı dillər əzbəri olan Seyf əl-İslam Qəddafi atasının rəhbərlik etdiyi Liviya dövlətində əsas simalardan biri sayılırdı. 1972-ci ildə Tripolidə anadan olan Seyf əl-İslam Qəddafi orta təhsilin Liviya və İsveçrədə alıb. 1995-ci ildə Əl-Fateh Universitetini bitirib. Həmin il Britaniyanın “The Telegraph” qəzeti Qəddafinin oğlunu çirkli pulların yuyulmasında ittiham edib. Buna cavab olaraq nəşrə qarşı iddia qaldırılıb - nəticədə “The Telegraph” rəsmən üzr istəyib və ittihamlarının saxta olduğunu bəyan edib.
Oğul Qəddafi atasının hakimiyyəti illərində ölkədə liberal islahatların aparılmasının tərəfdarı kimi çıxış edirdi. Xeyriyyə fondunun rəhbəri kimi o, qərbli girovların azad edilməsi üçün Əfqanıstan “Taliban”ı və Filippin üsyançıları ilə apardığı danışıqlarla gündəmə gəlib. 2003-cü ildə Böyük Britaniya ilə ticarət əlaqələrinin bərpası ilə nəticələnən danışıqların fəal iştirakçısı olub.
2011-ci il martın ortalarında Liviya müxalifətinin Fransa tərəfindən rəsmən tanınması ilə əlaqədar Seyf əl-İslam “Euronews” telekanalına müsahibəsində Fransa prezidenti Sarkozi haqda maraqlı fakt açıqlamışdı - oğul Qəddafi Liviya hakimiyyətinin seçki kampaniyasını maliyyələşdirdiyi zaman verdiyi pulu Sarkozidən geri istəmişdi. O, hətta bununla bağlı sübutları - bank hesablarını, sənədləri, bank köçürmələrini açıqlayacağını da vəd etmişdi.
Tripoli uğrunda döyüşlər zamanı Seyf əl-İslam Qəddafinin əsir düşdüyü iddia olunmuşdu. Amma bu informasiya öz təsdiqini tapmadı - Tripoli “təslim olduqda” isə onun izi itdi. Daha sonra Seyf əl-İslamın Beni Vəlid şəhərində qardaşı Xamis Qəddafinin dəfn mərasimində “zühur etdiyi” bildirildi. Ata Qəddafinin ölümündən sonra Seyf əl-İslam Liviyanın Keçid Milli Şurasından atasının ölümü ilə bağlı qisas alacağını bildirdi. Bu barədə o, Suriyadan yayımlanan “Ər-Rai” telekanalı vasitəsilə tərəfdarlarına müraciətində bildirmişdi. 2016-cı il iyulun 6-da Seyf əl-İslam Qəddafinin vəkili Kərim Xan müvəkkilinin Tobrukda hökumətin elan etdiyi amnistiyaya əsasən azadlığa buraxıldığını bəyan etdi. 20 aprel 2017-ci ildə Beynəlxalq İnqilab Komitəsinin Avropa koordinatoru Frank Puçarrelli müsahibəsində Seyf əl-İslam Qəddafinin Liviya Qəbilələrinin Ali Şurası tərəfindən Mühacirətdəki Müvəqqəti Hökumətin başçısı təyin edildiyini yaymışdı. 2021-ci ilin avqustunda Liviya prokurorluğu oğul Qəddafinin “rus muzdluları” ilə əlaqədə günahlandıraraq həbsinə order verdi - Seyf əl-İslam “Vaqner qrup”ları” ilə əlaqədə günahlandırılırdı... Artıq bütün ittihamlar üzərindən götürülən oğul Qəddafi qarşıdakı müddətdə baş tutması planlaşdırılan prezident seçkilərində mühafizəkar seçicilərin səslərinə ümid edir...
Sadiq
Xəbər lenti
Hamısına baxDünya
25 May 09:54
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43

