Qərbi Azərbaycan İcması Müşahidə Şurasının geniş tərkibdə iclası keçirilib
17.06.2023 [15:18]
İyunun 17-də Qərbi Azərbaycan İcması Müşahidə Şurasının geniş tərkibdə iclası keçirilib.
İcmanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qonaqları salamlayaraq, Müşahidə Şurasının geniş tərkibdə iclasının Qərbi Azərbaycan İcmasının Nizamnaməsinə uyğun olaraq, fəaliyyət planlarının icrası, Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, müxtəlif tarixi dövrlərdə öz doğma yurdlarından deportasiya olunmuş, soyqırımına məruz qalmış insanların hüquqlarının, xüsusən qayıdış hüquqlarının təmin edilməsi istiqamətində görülən işlərin müzakirəsi məqsədilə keçirildiyini deyib.
Sonra çıxış edən Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov İcmanın 2023-cü ilin cari dövrü ərzində fəaliyyətinə nəzər salıb. Bildirilib ki, ötən il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qərbi Azərbaycan İcmasının binası ilə tanış olub, Qərbi Azərbaycandan olan ziyalıların bir qrupu ilə görüşüb. Görüşdə çıxış edən dövlətimizin başçısı Qərbi Azərbaycan məsələsi ilə bağlı öz dəyərli fikirlərini həm Azərbaycan cəmiyyətinin, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Həmin tarixi görüş zamanı Prezidentin söylədiyi fikirlər təkcə Qərbi Azərbaycan İcmasının deyil, eyni zamanda, dünyadakı bütün azərbaycanlıların qarşısında qoyulmuş mühüm strateji tapşırıqlardır.
Görüşdən sonra qısa müddət ərzində dövlətimizin başçısının tapşırıqlarının icrası məqsədilə İcmanın “Qayıdış Konsepsiyası”nın hazırlandığını və sənədin bu il yanvarın 26-da təsdiqləndiyini vurğulayan M.Mərdanov Konsepsiyada yer alan müddəaların icrası istiqamətində görülmüş işlərdən danışıb, beynəlxalq təşkilatlar qarşısında indi Ermənistan adlanan ərazilərdən deportasiya olunmuş azərbaycanlıların qayıdış hüquqlarının təmin edilməsi, Qərbi Azərbaycan ərazisində qalmış, xalqımıza məxsus mədəni irs nümunələrinin, tarixi-memarlıq abidələrinin, müqəddəs yerlərin və ziyarətgahların dağıdılması faktlarının araşdırılması məqsədilə xüsusi missiyanın göndərilməsi üçün edilən müraciətləri, eləcə də yayılan bəyanatları xatırladıb. Bildirilib ki, bu günə qədər İcma tərəfindən sözügedən məsələlərlə bağlı 10 məktub və 18 bəyanat hazırlanıb, BMT İcmanın 4 sənədini özünün rəsmi sənədi kimi yayımlanıb, məktublara beynəlxalq təşkilatlar tərəfindən cavablar daxil olub ki, bu da İcmanın beynəlxalq müstəvidə tanınması, etibarlı tərəfdaş kimi qəbul edilməsi mənasına gəlir.
İcmanın iştirakı ilə Milli Məclisin müvafiq komitələrində iki dinləmənin keçirildiyini vurğulayan M.Mərdanov məsələnin ölkə ictimaiyyətində də müsbət mənada geniş rezonans yaratmasından məmnunluğunu ifadə edib.
Müşahidə Şurasının geniş tərkibdə iclasının iştirakçıları görülən işlər, gələcəkdə həyata keçirilməsi vacib olan məsələlər ətrafında fikir mübadiləsi apardılar, təkliflər səsləndirilib. Müzakirələrdən sonra səsləndirilən təkliflər İcmanın gələcək fəaliyyətinin təşkili üçün qeydə alınıb.
İclasda çıxış edənlər Qərbi Azərbaycan İcmasına göstərilən diqqət və qayğıya görə ölkənin ali rəhbərliyinə xüsusi minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21

