Bakı şəhəri ilə Çinin Sıçuan əyaləti arasında memorandum imzalanıb
03.07.2023 [11:11]
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Sıçuan əyaləti rəhbərliyinin dəvəti ilə əyalətdə işgüzar səfərdə olub.
BŞİH-in mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Sıçuan əyalətinin qubernatoru Huan Çian ilə keçirilən görüşdə Azərbaycan-Çin münasibətlərinin belə yüksək səviyyədə olmasının, eyni zamanda, inkişaf etməsinin Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Lideri Si Cinpinin böyük səylərinin nəticəsi olduğu diqqətə çatdırılıb. Huan Çian deyib ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi effektiv siyasət və uğurlu islahatlar sayəsində Azərbaycan və paytaxt Bakı şəhəri yüksək inkişaf tempi nümayiş etdirir, dünyada özünəməxsus yer tutur. Azərbaycandakı inkişafı və sabitliyi vurğulayan qubernator ölkəmizin öz torpaqlarını işğaldan azad etdiyini xüsusi vurğulayıb.
Söhbət zamanı qubernator Huan Çian tərəfindən Çin Xalq Respublikası vətəndaşlarının Bakı şəhərinə və Azərbaycana olan marağını nəzərə alınaraq, Çendu–Bakı aviareysinin açılması təklifi irəli sürülüb.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Sıçuan əyalətinin qazandığı uğurları qeyd edərək bildirib ki, son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində Bakı şəhəri də yeni görkəm alıb və sürətlə inkişaf edir.
Görüşdən sonra “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri ilə Çin Xalq Respublikası Sıçuan əyaləti arasında dostluq və tərəfdaşlıq münasibətlərinin qurulması barədə anlaşma Memorandumu” imzalanıb.
Daha sonra Bakı şəhərinin nümayəndələri Çin Xalq Respublikasının paytaxtı Pekinə gələrək şəhər merinin müavini xanım Sima Honla görüşüblər. Merin müavini xüsusi vurğulayıb ki, bu gün Azərbaycanda sabitlik hökm sürür, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan postsovet məkanında ən inkişaf etmiş ölkələrdəndir. Bu gün Azərbaycan və paytaxt Bakı şəhəri sürətlə inkişaf edir, ona görə də çinli sahibkarların Azərbaycana böyük marağı var.
Görüş zamanı paytaxt şəhərlər arasında əməkdaşlığa dair planlar müzakirə edilib.
Səfərin nəticəsinə əsasən Pekin meriyasının nümayəndə heyətinin Bakıya rəsmi səfərə gələrək iki paytaxt arasında əməkdaşlığa dair memorandumun imzalanması barədə razılıq əldə edilib.
Xəbər lenti
Hamısına baxDünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13

