Sülhə xidmət etməyən səfər
04.07.2023 [11:16]
Politoloq: Armen Qriqoryan ABŞ-dakı erməni lobbisinin dəstəyinin artırılmasına çalışır
NARDAR
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 4-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtona işgüzar səfərə gedəcək. Erməni mediasının yaydığı məlumata görə, səfər zamanı Qriqoryanın ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və digər yüksək vəzifəli rəsmilərlə görüşləri planlaşdırılır.
Bir neçə gün əvvəl ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyini nəzərə alsaq, Qriqoryanın bu səfəri bir sıra suallar doğurur. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Armen Qriqoryanın Azərbaycan və Ermənistan arasında sülh danışıqlarından sonra ziddiyyətli açıqlamaları hər zaman müşahidə olunub. Azərbaycanın Qarabağ bölgəsində böyüyüb boya-başa çatmış Qriqoryan regionun spesifikasını yaxşı bilsə də, sülhə təhdid törədən revanşist fikirləri ilə diqqət mərkəzində olub. İ.Hüseynovun fikrincə, onun ABŞ-a planlaşdırılan səfəri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşündə əldə edilən nəticələri kölgə altına salmaq, bu danışıqları sıfıra endirmək niyyəti daşıyır. Çünki rəsmi Vaşinqton bu gün regionda sülh quruculuğu prosesində aktiv iştirak edir və Brüssel formatını da üstələməkdədir. ABŞ-ın vasitəçiliyi ilə keçirilən danışıqlarda sülh sazişi layihəsi detallı şəkildə müzakirə olunur.
Nikol Paşinyanın xaricə ezam olunan emissarlarının hər zaman anti-Rusiya gündəliyini inkişaf etdirdiyini deyən politoloq qeyd edib ki, onlar beynəlxalq platformalarda Rusiya əleyhinə fikirlər formalaşdırır, rəsmi Moskvanın regiondan sıxışdırılıb çıxarılması niyyətlərini ifadə edirlər. A.Qriqoryanın Vaşinqton səfərində də Rusiya əleyhinə fikirlər prioritet təşkil edəcək.
“Ötən ilin sonunda olduğu kimi, hazırda da sülh sazişinin imzalanması ilə bağlı gözləntilər var. Aydın məsələdir ki, ABŞ-dakı erməni lobbisi sülhə qarşı çıxır. Erməni lobbisi ölkəmizin beynəlxalq imicinə xələl gətirmək istiqamətində fəaliyyət göstərir və Qriqoryan onların dəstəyini atırmağa çalışacaq. Nəzərə almaq lazımdır ki, bu səfər hazırda sülh prosesinin aktiv olduğu dönəmə təsadüf edir. Düşünürəm ki, Qriqoryanın ABŞ-a səfəri sülhün əleyhinə xidmət edir”, - deyə İ.Hüseynov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

