247 yaşlı müttəfiq!
04.07.2023 [11:31]
Amerika ilə strateji münasibətlər sürətlə inkişaf etməkdədir
Günel ABBASOVA
Son illər Azərbaycanın dünya birliyində mövqeləri daha da möhkəmlənib, əlaqələri xeyli genişlənib. Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, iri infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. Sürətli iqtisadi inkişaf yoluna qədəm qoyan müstəqil Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə bir sıraya qoşulmaqdadır. Dünyanı bürümüş qlobal maliyyə və iqtisadi böhran bir sıra iri dövlətlərə çox ciddi zərbələr vursa da, Azərbaycana bir o qədər də təsir göstərə bilmədi. Ölkəmizin bu uğurları da diqqətdən yayınmır və dünyanın qlobal gücləri belə ölkəmizlə əlaqələrini daha da artırmağa can atırlar. Hazırda Azərbaycanla hərtərəfli əməkdaşlığa maraqlı olan dövlətlərin sayı getdikcə artmaqdadır. Belə əlaqələr ölkəmizi dünya birliyinə daha da yaxından tanıdır, mövqelərimizi möhkəmləndirir. Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətt üzrə inkişafı da bu baxımdan diqqəti daha çox cəlb edir.
Bu gün müstəqilliyinin 247-ci ilini qeyd edən ABŞ-la Azərbaycan arasında strateji əməkdaşlıq da yüksək səviyyədədir. Siyasi və təhlükəsizlik sahəsi ilə yanaşı, enerji sahəsində də əməkdaşlıq müsbət dəyərləndirilir. Beynəlxalq aləmdə güclü təsir imkanlarına malik olan, dünyanın super dövləti sayılan Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətində zəruri istiqamətlərdən biridir. ABŞ-ın Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən milli dövlətçilik kursunun dönməzliyi ilə əlaqədardır. Bu iki dövlətin strateji müttəfiqliyinin getdikcə yaxşılaşması, əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmlənməsi bütövlükdə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir.
Milli Məclisin Azərbaycan-Amerika parlamentlərarası işçi qrupunun üzvü Bəhruz Məhərrəmov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, 2001-ci ildən Azərbaycan-ABŞ münasibətləri daha da yaxşılaşıb, strateji müttəfiqlik istiqamətində mühüm tədbirlər həyata keçirilib: “2001-ci il sentyabrın 11-də Amerikada törədilən dəhşətli terror hadisələri yəqin ki, xatirələrdən silinməyib. O zaman beynəlxalq terrorizmə qarşı mübarizədə Azərbaycan ABŞ-a öz hava məkanını açıq elan etdi və bu sahədə lazımi məlumatları təqdim etməyə hazır olduğunu bildirdi. Bununla da Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə Amerika ilə həmrəyliyini nümayiş etdirdi. Sonradan Əfqanıstanda və İraqda terrorizmə qarşı mübarizədə Azərbaycanın əsgər və zabitlərinin fəal iştirakı iki ölkə arasında əməkdaşlığı daha da yaxınlaşdırdı. Azərbaycanın antiterror koalisiyasındakı fəal iştirakı ABŞ rəsmiləri tərəfindən yüksək qiymətləndirilib. O zaman Amerikadan Azərbaycana gələn rəsmi nümayəndələr ölkəmizdə səfərdə olarkən bəyan etmişdilər ki, Azərbaycanla ABŞ arasında güclü tərəfdaşlıq əlaqələri var, iki ölkə arasındakı bu əməkdaşlıq gələcəkdə daha da genişlənəcək. Bu da öz növbəsində regionun təhlükəsizliyinə töhfə verəcək və Amerika-Azərbaycan əlaqələrinin çox ümidverici gələcəyi var.
Beynəlxalq mübarizənin təşkilində, regionda sülh və təhlükəsizliyin təmin olunmasında Azərbaycan böyük potensiala malikdir və bu potensialdan çox səmərəli istifadə olunur: “Beynəlxalq terror təşkilatlarına qarşı mübarizədə bir sıra konvensiyalara qoşulan Azərbaycanda sonradan qəbul olunan bir çox qanunvericilik aktlarının həmin sənədlərə uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib. ABŞ-ın dövlət rəsmləri bu faktı dəfələrlə vurğulamaqla ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında başlanmış, hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasəti təqdir edirdilər”.
Deputat qeyd edib ki, müstəqillik dövründən bu günə qədər Azərbaycanda keçirilən parlament və prezident seçkiləri öz demokratikliyinə, aşkarlığına və şəffaflığına görə beynəlxalq aləmin, o cümlədən ABŞ-ın diqqət mərkəzindədir. Seçkilər zamanı namizədlərə demokratik şəraitin yaradılması, dövlət başçısının azad və ədalətli seçkilərin keçirilməsi ilə əlaqədar siyasi iradə nümayiş etdirməsi beynəlxalq müşahidəçilər və ABŞ-dan gəlmiş ziyalılar, siyasi xadimlər, habelə digər müşahidəçilərin diqqətindən yayınmır. Prezident seçkilərini müşahidə etmiş ABŞ ziyalılarının fikirləri də bunu təsdiqləyir. Məsələn, ABŞ-dan olan müşahidəçilər qrupu verdiyi bəyanatda bildirib ki, Azərbaycanda keçirilən seçkilər azad və ədalətli şəkildə keçirilir. Hətta onlar Azərbaycanda tətbiq olunan seçki texnologiyasını ABŞ-da olan texnologiyaya bənzədirlər.
İllər əvvəl ABŞ-ın “Amerikanın səsi” radiostansiyasının yaydığı informasiya da diqqəti cəlb edir. Həmin informasiyada deyilir: “Belə bir rəy var ki, Qafqazda daxili sabitlik baxımından Azərbaycan birinci yerdədir... İlham Əliyev də atası kimi qeyri-adi insandır və bunu dəyərləndirməmək mümkün deyil”. Belə faktlardan çox göstərmək olar. Hətta bəzi amerikalı ziyalılar Azərbaycanda prezident seçkiləri zamanı gördükləri bir sıra yeniliklərin hələ bu vaxta qədər öz ölkələrində müşahidə olunmadığını bildiriblər. Bütün bunlar Azərbaycanın demokratik proseslərin inkişafına xüsusi önəm yetirməsi və demokratik ölkə kimi formalaşması barədə ABŞ-da kifayət qədər rəy formalaşdırıb. İki yüz ildən artıq bir vaxtda demokratik ölkə kimi tanınmış super dövlətin ölkəmizi belə yüksək qiymətləndirməsi və müstəqil dövlətimizlə əməkdaşlığa böyük maraq göstərməsi təbii ki, yüksək qiymətə layiqdir”.
B.Məhərrəmov qeyd edib ki, Azərbaycan Prezidentinin ölkəmizin bu günü və sabahı, gələcək perspektivləri, həyata keçirilən qlobal enerji və kommunikasiya layihələri, demokratik inkişaf və digər məsələlərlə bağlı fikirləri ABŞ rəsmiləri və ictimai-siyasi xadimləri tərəfindən rəğbətlə qarşılanır: “Həm də müstəqil dövlətimiz haqqında daha dolğun, hərtərəfli və obyektiv rəy formalaşdırır. Hazırda iki ölkə arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bu da ölkəmizin beynəlxalq aləmdəki mövqelərini daha da artırır, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlamasına zəmin yaradır”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

