Qoşulmama Hərəkatının Gənclər Təşkilatı üçün...
08.07.2023 [10:43]
Bakıda mənzil qərargahın açılması təşkilatın işinə təkan verəcəkBakıda keçirilən Qoşulmama Hərəkatının (QH) Əlaqələndirici Bürosunun Nazirlər görüşü çərçivəsində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil qərargahının açılış mərasimi olub. 2022-ci ildə Qoşulmama Hərəkatının Gənclər Sammiti zamanı Şuşa Akkordu ilə qəbul edilmiş QHGT-nin Nizamnaməsinə uyğun olaraq, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahı Bakı şəhərində yerləşir. Rəmzi açılış lenti kəsildikdən sonra qonaqlar mənzil qərargahı və qərargah daxilində təsis olunan QH gənclərinin tədqiqat mərkəzinin şəraiti ilə tanış olublar. Mərkəz QH gənclərinin üzləşdiyi məsələlərin araşdırılması və onların həlli istiqamətində təhlillərin aparılması məqsədilə təsis olunub.
Açılış mərasimində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadə bildirib ki, QHGT-nin mənzil qərargahının yaradılması müvafiq qurumlarla sıx əməkdaşlıq şəraitində QH gənclərinin maraqlarını beynəlxalq forumlarda təmsil etmək, onların şəxsi və peşəkar bacarıqlarının inkişaf etdirilməsi üçün geniş imkanlar yaradacaqdır. Sədrin çıxışından sonra, QHGT-nin 2021-2023-cü illərdə göstərdiyi fəaliyyəti əhatə edən, habelə, QHGT-nin yeni istifadəyə verilmiş veb-saytı haqqında videoçarxlar təqdim olunub.
Xarici işlər naziri Ceyhun Bayramov çıxış edərək QHGT-nin uğurlu fəaliyyətinin QH gənclərinin müasir çağırışlara birgə cavab verməsində əhəmiyyətini vurğulayaraq, mənzil qərargahında çalışan əməkdaşlara fəaliyyətlərində uğurlar arzu edib.
Gənclər və idman naziri Fərid Qayıbov isə Gənclər və İdman Nazirliyi tərəfindən QHGT-nin fəaliyyətinə göstərilən hər cür dəstəyin davam etdiriləcəyini qeyd edib.
Tədbirin sonunda Azərbaycan, Venesuela və Uqanda xarici işlər nazirləri, eləcə də gənclər və idman naziri Fərid Qayıbov QHGT-nin xatirə kitabına ürək sözlərini yazıblar. Eyni zamanda, qonaqlara QHGT adından hədiyyələr təqdim olunub.
Xatırladaq ki, Qoşulmama Hərəkatı 4 qitədən 120 ölkəni sıralarında birləşdirir. Azərbaycan 2019-cu ildən Hərəkata sədrlik edir. Azərbaycanın Hərəkata sədrlik müddəti 2022-ci ildə başa çatmalı olsa da, üzv dövlətlərin yekdil qərarı ilə bu müddət daha bir il uzadılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis olunan Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi 2022-ci il 29 iyul tarixində Şuşa Sazişi ilə Təşkilata çevrilib. Azərbaycanın sədrliyi dövründə Hərəkatın institusional inkişafı üçün atılmış mühüm addımlardan biri olan QHGT hazırda QH gənclərinin inkişafına təkan verən platforma olaraq geniş spektrli fəaliyyətlər icra etməkdədir.
Tarixə Şuşa Akkordu (Şuşa razılaşması) kimi düşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasına dair sənədin qəbulu ilə ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın adı bu mötəbər qurumun tarixinə yazıldı. Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin yaradılması Azərbaycan Prezidentinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılmasından sonra ikinci mühüm təşəbbüsdür. Təşkilatın mənzil-qərargahının Bakıda yerləşməsi ilə yanaşı, üzv dövlətlərin təmsil etdikləri digər bölgələrdə regional ofislər təsis olunacaq. Təşkilata sədrliyi üç il müddətinə Azərbaycan nümayəndəsi həyata keçirir. Bu təşkilatın yaradılması Qoşulmama Hərəkatı Gənclər Sammitində iştirak edən üzv dövlətlərin nümayəndələri tərəfindən müsbət qarşılanıb və dəstəklənib. Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini birləşdirən bu mühüm təşəbbüsə görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə olunub.
Onu da vurğulayaq ki, 2021-ci il oktyabrın 4-də Azərbaycanın təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin Gənclər Təşkilatına çevrilməsi ilə Hərəkata üzv ölkələrin gənclərini birləşdirən bu təsisat beynəlxalq platformalara daha rahat çıxış imkanı əldə edib. Ötən il Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Şuşaya səfər edən nümayəndə heyətləri Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanması, işğal dövründə baş vermiş dağıntılar barədə məlumatlandırılıb, həmçinin Azərbaycan Hökumətinin həyata keçirdiyi bərpa-yenidənqurma işləri, o cümlədən Şuşa şəhərinin tarixi və memarlıq abidələri ilə tanış olublar.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30

