Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Son sutka ərzində Gürcüstanda üç zəlzələ baş verib

Son sutka ərzində Gürcüstanda üç zəlzələ baş verib

19.07.2023 [13:42]

İyulun 19-da gecə saatlarında Gürcüstan ərazisində iki zəlzələ baş verib. 

Bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb. 

Tbilisi vaxtı ilə saat 02:38-də baş verən birinci zəlzələ 3,2 bal gücündə olub. Zəlzələnin episentri Kaxeti bölgəsinin Dedopliscğaro bələdiyyəsi ərazisində qeydə alınıb.

İkinci zəlzələ isə 04:54 radələrində qeydə alınıb. 3,1 bal gücündə olan zəlzələnin episentri Kvemo Kartli bölgəsinin Dmanisi bələdiyyəsi ərazisində olub. 

Qeyd edək ki, iyulun 18-də saat 16:02-də qərbi Gürcüstanın Quriya bölgəsində də 3,6 bal gücündə zəlzələ qeydə alınmışdı.

Paylaş:
Baxılıb: 499 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30