Xoşbəxtlər “şəhr”i
01.08.2023 [11:31]
Günel ABBAS
Uzun bir yol gəldikdən sonra Zəngilan rayonunun Ağalı kəndinə çatırıq. İnsafla danışsaq, adamın bu yerə kənd deməyə də dili gəlmir. Avtobusdan endiyimiz anda bizi kəndin bir neçə yaşlı sakini qarşılayır. Çöhrələrində təbəssüm, üzlərində sevinc cizgiləri ilə bir ağızdan “xoş gəlmisiniz” deyirlər. Görünür, onlar da bu günü, bu yeri, bu görüşü çoxdan arzulayıblar. Uzun illər yurd-yuva həsrəti ilə qovrulan könülləri bu görüşdən olduqca xoş haldır.
Dayandığımız yerdən bir az kənarda ağ göyərçinlərin qanadları altında bərq vuran fontan diqqətimi çəkir. Yaxınlaşıram və bu isti havada bir az da olsa sərinləyirəm. Bax, elə bu situasiyada özümü Nizami Gəncəvinin İskəndəri kimi hiss edirəm. Çünki xoşbəxtliyin sirrini və ünvanını tapmışam. İskəndər də öz axtarışlarının sonunda bir çox möcüzələrlə qarşılaşır, quruda və suda olan əsrarəngiz hadisələrlə üz-üzə gəlir, onların mahiyyəti, elmi izahı ilə maraqlanır. Nəhayət, yer üzünün ən nadir “möcüzəsi” olan utopik Xoşbəxtlər ölkəsi ilə qarşılaşır.
Bu mənada Ağalını xoşbəxtlər “şəhr”i adlandıra bilərəm. Burada həm əsrarəngizlik, həm də texnologiyanın son nümunələri var. Bunların yekununda ən mühüm olanı isə mühitdəki xoşbəxtlikdir. Təsadüfı deyil ki, İskəndər öz xoşbəxtliyini tapandan sonra dünyanı bihudə gəzməkdən əl çəkir, ən nadir hadisələr zahirən adi görünən bu qəribə möcüzənin qarşısında qeyri-adiliyini itirir. Açığı, gözəllik və müasirliyin vəhdətini görəndən sonra mən də öz təəccübümü gizlədə bilmirəm. Bizim İskəndərlə əsas fərqimiz ondadır ki, mənim üçün sonuncu xoşbəxtlik ünvanı bura olmayacaq. Çünki daha böyük layihələr ətrafında mənim təbirimcə desək, “xoşbəxtlik şəhrləri” salınacaq. Nizami xoşbəxtlər ölkəsinin varlığını, mümkünlüyünü elə qəti, inandırıcı göstərir ki, onu başqa, varlığına şübhə olmayan faktlarla birlikdə elə məharətlə birləşdirir ki, oxucu belə bir ölkənin haradasa mövcud olduğuna inanır.
İşğaldan azad olunmuş ərazilərə edilən səfərlər məni hər zaman həyəcanlandırır. Bu elə hissdir ki, səhərə qədər yata bilmirəm. Bu səbəbdən bir az yuxuluyam. Amma əsla həvəssiz və yorğun deyiləm. Buranın havası elə təmizdir ki, adamın həm yuxusu dağılır, həm də iştahası açılır.
Gülərüz Ağalı sakinləri
Xoşbəxtliyin birinci və hamının qəbul etdiyi şərti təbiətlə insanın vəhdəti, yəni açıq səma, günəş şüaları altında, təmiz havada torpaqla, çiçəklərlə ünsiyyətdə olmaqdır. Bu gözəl kənddə həm hər kəsdən uzaqda, təbiətə isə yaxın olursan. Həm də bu qədər təbiilik arasında şəhər konstruksiyalı bir mühitdə yaşayırsan. Bu elə bir mühitdir ki, hər gün, hər an inkişaf edir, daha da müasirləşir.
Əslində, bura çoxumuzun arzusunda olduğu məkandır. Şəhərin səs küyündən uzaq, həm şəhər kimi, həm də kənd kimi bir məkan. İndi bu ifadələri yan-yana yazıb təsvir edəndə inandırıcı gəlmir. Belə bir yerin həqiqətdə var olduğuna şübhə edirsən. Ağalı məhz bu şübhələri aradan qaldırmaq üçün inşa olunan bir məkandır.
Deyirlər, xoşbəxtlərin hamısı eyni cür xoşbəxtdir. Bu ifadə Ağalıda özünü tam anlamı ilə doğruldur. Çünki burada hər şeydə olduğu kimi, xoşbəxtlik də bərabər paylanılıb. Deməli, istəsək, əslində, bu dünyada insanların bərabər yaşaya biləcəyi cənnəti süni yolla da olsa, yarada bilərik. Bu mənada əminliklə demək olar ki, Ağalı sakinləri sözün həqiqi mənasında bu dünyada cənnəti yaşayırlar. Həqiqətən də böyük xoşbəxtlik və çoxdan gözlənilən vüsaldır.
Düzü, Ağalıdakı mühitə sözün yaxşı mənasında adam həsəd aparır. Burada insanlar sıxılsa, ancaq xoşbəxtlikdən, hər şeyin bərabər paylanılmasından, bir sözlə, həddindən artıq düzəndən sıxıla bilərlər. Ancaq yaxşı şeylərin həddini aşması qəbahət deyil, üstünlükdür. Ağalı sakinlərinin özləri qədər onlara rəhbərlik edən heyətləri də xoşbəxt və gülərüzdür. Hiss olunur ki, Şərqi Zəngəzurun təmiz havası burada yaşayan insanlarda xoşbəxtlik hormonlarını oyadır, onları stressdən uzaq saxlayır.
Məşhur kinorejissorlardan biri xoşbəxtlikdən film çəkmək olmaz demişdi. İndi onun sözlərini xatırlayıram. Axı burada gördüyüm mənzərə fərqlidir. Deməli, situasiyaların da fərqi ola bilər. Xoşbəxtliyin də tərəzisi, kəmiyyəti var. Çəkisi, ölçüsü artıq gələn bütün hissləri yazıya da, lentə də almaq olar.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09

