Azərbaycan dövlətinin hər zaman yürüdülən siyasətinin mərkəzində milli maraqlar durur
03.08.2023 [12:35]
Yeganə BAYRAMOVA
Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, milli maraqlara söykənən siyasət qurulub.
Bu barədə "Yeni Azərbaycan”a millət vəkili Məşhur Məmmədov bildirib. Deputatın sözlərinə görə, son illər ərzində Prezident rəhbərliyi ilə dövlət maraqlarının qorunması istiqamətində mühüm addımlar atılıb: “Beynəlxalq müstəvidə Azərbaycanın dövlət maraqlarının, milli maraqlarının qorunması istiqamətində sistemli siyasət yürütməklə, diaspor nümayəndələrimiz də koordinasiyalı şəkildə vacib addımlar atır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində atılan mühüm addımlar məhz xaricdə yaşayan soydaşlarımız vasitəsilə çatdırılır. Prezident İlham Əliyev milli və dövlət maraqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirməkdədir”.
M.Məmmədov qeyd edib ki, dövlət maraqlarının qorunması və bu maraqların ictimaiyyət arasında təbliği çox vacib məsələ və əsas vəzifələrdən biridir: “İctimai və dövlət maraqlarının qorunmasında, təhlükəsizliyin müdafiəsində vətəndaşlarımızın maariflənməsi ən önəmli şərtlərdəndir. Çünki hər birimizin həyatında, fəaliyyətində dövlət maraqlarının müdafiəsi üstünlük təşkil etməlidir. Hər bir vətəndaş siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. Bu, həm də ona görə vacibdir ki, dövlət maraqları müdafiə olunmadan ictimai maraqlar heç vaxt qoruna bilməz. Məhz aparılan təbliğatın nəticəsidir ki, Azərbaycan xalqı, ictimaiyyəti mənəviyyata, mənəvi dəyərlərə, dövlətə, onun atributlarına, simvollarına böyük sayğı göstərir. Dövlətimizin maraqlarına zidd olan, onun təhlükəsizliyini pozmağa yönələn, müstəqilliyinə qəsd etmək istəyən qüvvələrə qarşı Azərbaycan xalqı, ictimaiyyəti hər zaman mübarizə aparıb, bundan sonra da aparacaq. Bizim üçün dövlətimizin maraqlarının müdafiəsi vacibdir və bu, ictimai maraqlarımızın yaşaması deməkdir. Bütün bunlara görə də vətəndaş cəmiyyəti ilə dövlət arasında əsas körpü rolunu oynayan medianın üzərinə böyük vəzifə düşür”.
Deputatın sözlərinə görə, bəzən cəmiyyətdə yanlış olaraq belə anlaşılır ki, ictimai və dövlət maraqlarının qorunması yalnız dövlətin vəzifəsidir: “Bu, kökündən yanlış yanaşmadır. Ona görə vətəndaşların üzərinə bilavasitə mühüm vəzifələr düşür. Onlar dövlət, eləcə də ictimai maraqların qorunmasında fəal iştirak etməlidirlər. Bu fəallıq olmadan normal cəmiyyət qura bilmərik. Vətəndaşlar ictimai və dövlət maraqlarının qorunmasında aktivlik göstərməli, dövlətin yanında olmalı, bu maraqların ən güclü müdafiəçilərinə çevrilməlidirlər. Çünki Azərbaycanın daxili və xarici siyasətində ictimai və dövlət maraqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu, həm də təhlükəsizliyimizin qorunması və təmin edilməsi baxımından xüsusi önəm və əhəmiyyət daşıyır”.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09

