Azərbaycan beynəlxalq arenada mühüm aktora çevrilib
05.08.2023 [12:06]
Bu gün dövlətimizin beynəlxalq arenada konkret yeri var.
Bu barədə “Yeni Azərbaycan”a danışan Milli Məclisin üzvü Elşad Mirbəşir deyib.
Deputatın sözlərinə görə, bütün dünya ölkələri Azərbaycanın regionda yaratmış olduğu yeni reallıqlarla razılaşıb: “Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətin beynəlxalq əməkdaşlıq və qlobal həmrəyliyə istiqamətləndirilməsi ilə birbaşa bağlıdır. Prezident milli maraqlarımıza söykənən müstəqil, ağıllı və düşünülmüş siyasət yürütməklə Azərbaycanı dünyanın ən nüfuzlu ölkələrindən birinə çevirib. Təsadüfi deyil ki, İlham Əliyev dünyada ən çox etimad göstərilən liderlərdəndir. Ona görə də dünyanın bir sıra aparıcı dövlətləri bu gün Azərbaycanla əməkdaşlıq etməkdən məmnundurlar, o cümlədən yeni əməkdaşlıq platformalarının axtarışında olduqlarını qeyd edirlər. Bu gün Prezident İlham Əliyevin və paralel olaraq Azərbaycan dövlətinin dünyadakı nüfuzu durmadan artır. Azərbaycan beynəlxalq arenada mühüm aktora çevrilib. Ölkə başçısının yürütdüyü siyasət Azərbaycanın beynəlxalq müstəvidə layiqli yerini tutmasına səbəb olub”.
Deputatın sözlərinə görə, müasir geosiyasi reallıqlarda Cənubi Qafqaz regionunun lideri Azərbaycandır: “Azərbaycan əksər dövlətlərlə, BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı, GUAM və bir sıra beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Diplomatiyamızın qarşısında duran əsas vəzifə, ölkəmizə yönəlik hücumların qarşısını almaq, düşmən qüvvələri neytrallaşdırmaqdır. Hesab edirəm ki, diplomatiyamız
İlham Əliyevin rəhbərliyi altında bu vəzifələrin öhdəsindən layiqincə gələcək, dövlət maraqlarımızın qorunması təmin olunacaqdır. Biz qalib ölkə, qalib xalqıq. Ən böyük üstünlüyümüz də elə bundadır”.
Parlament üzvü bildirib ki, 44 günlük Vətən müharbəsi dövründə də Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu özünü aydın şəkildə göstərdi: “Bir-iki ermənipərəst siyasəti ilə seçilən ölkələr istisna olmaqla dünya birliyi Azərbaycanın haqlı mövqeyini dəstəklədi, torpaqlarını işğaldan azad etmək hüququnu tanıdı. Bu, təkcə ölkəmiz üçün deyil, eləcə də dünya üçün önəm kəsb edir. Nəinki dünya dövlətlərinin də Azərbaycandan əldə edəcəyi, öyrənəcəyi çox şeylər var. Azərbaycan inkişaf etməkdə olan dövlətdir və yeraltı, yerüstü sərvətlər ölkəsidir. Daima güclənərək, inkişaf edərək bir çox dövlətləri geridə qoyan Azərbaycan artıq güclü orduya da sahibdir. Elə təkcə 44 günlük Vətən müharibəsi Azərbaycanın hansı gücə sahib olmasını bir daha dünya dövlətlərinə göstərdi”.
Millət vəkili qeyd edib ki, dünyanın bir sıra ölkələrində qanlı toqquşmaların, ciddi böhranların hökm sürdüyü bir vaxtda Azərbaycanda sabitlik hökm sürür: “Prezident İlham Əliyevin region və dünya ölkələri, eləcə də beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr qurması bu baxımdan ciddi əhəmiyyət kəsb edir. Prezidentin geosiyasi və qlobal reallıqları yaxından izləməsi və düzgün qiymətləndirməsi Azərbaycanı təhlükəsiz, inkişaf və tərəqqi yolunu tutmuş ölkəyə çevirib. Bu, Azərbaycanın dünya çapında qəbul edilmiş ciddi dövlət statusu qazanmasına töhfə verir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
25 May 09:54
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43

