QAİ BMT-nin insan hüquqları üzrə bir qrup ekspertinin qərəzli bəyanatını qınayıb
08.08.2023 [10:10]
Qərbi Azərbaycan İcması BMT-nin insan hüquqları üzrə bir qrup ekspertinin avqustun 7-si tarixli qərəzli bəyanatını qınayıb.
Bu barədə AZƏRTAC-a İcmadan məlumat verilib. Bildirilib ki, “blokada”, “humanitar böhran” kimi uydurma məqamların öz əksini tapdığı bəyanatın məzmunu BMT ekspertlərinin münasibət ifadə etdikləri məsələdən tamamilə bixəbər olduqlarını deməyə əsas verir.
BMT-nin insan hüquqları üzrə ekspertlərinin Davranış Məcəlləsinə (Code of Conduct) əsasən, onların bütün açıqlamaları faktlara, sübutlara, etibarlı mənbələrə əsaslanmalıdır. Bu mənada, İcma ekspertlərin Davranış Məcəlləsini pozaraq son vaxtlar bəzi dairələr tərəfindən aparılan anti-Azərbaycan kampaniyasının qurbanına çevrilməsindən təəssüflənir.
Qərbi Azərbaycan İcması BMT ekspertlərini Davranış Məcəlləsinə uyğun olaraq öz müstəqilliklərini, qərəzsizliklərini qorumağa çağırır. İcma Ermənistan tərəfindən öz doğma yurdlarından deportasiya olunmuş, lakin bu günə qədər də beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin diqqətini çəkmədiyi qərbi azərbaycanlıları öz sıralarında birləşdirən bir İcma olaraq insan hüquqlarına münasibətdə ikili standartların, siyasiləşdirilmənin qəbuledilməz olduğunu vurğulayır.
BMT-nin insan hüquqları üzrə ekspertlərinin açıqlamasında bir sıra lüzumsuz siyasi mesajların yer alması bir daha onların öz mandatlarını aşdığını, kənardan təlimat aldıqlarını göstərir. Bu xüsusda, İcma BMT ekspertlərini insan hüquqları üzrə mandat daşıyıcıları sistemini gözdən salmamağa çağırır.
Qərbi Azərbaycan İcması BMT ekspertlərini dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağa, yanlış terminologiya və toponimlərdən istifadə etməməyə çağırır.
Xəbər lenti
Hamısına baxDünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22

