/ / Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin “LeMonde” qəzetində müsahibəsi dərc edilib
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin “LeMonde” qəzetində müsahibəsi dərc edilib
08.08.2023 [17:24]
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Fransanın aparıcı “LeMonde” qəzetində müsahibəsi dərc edilib.
“Report”un xəbərinə görə, jurnalist Emanuel Qrinzspanın Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət, xüsusilə də Laçın yolu ilə bağlı suallarını cavablandıran Elçin Əmirbəyov, qərb mətbuatında yer alan və guya ki, yolun bağlanması ilə əlaqədar əsassız iddialara cavab verib.
Prezidentin nümayəndəsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq Laçın yolunun humanitar məqsədlər üçün istifadə edilməli olduğunu, lakin iki il yarım müddət ərzində Ermənistanın bu yoldan qeyri-qanuni məqsədlər, o cümlədən Azərbaycan ərazisinə silahlı qüvvələrini, habelə silah-sursat göndərmək üçün sui-istifadə etdiyini bildirib. O, Qarabağda yaşayan ermənilərin sayının 120.000 kimi göstərilməsinin həqiqətə uyğun olmadığını və əslində burada 50.000 erməninin, o cümlədən 10.000 qanunsuz erməni silahlı qüvvənin olduğunu vurğulayıb.
AR Prezidentinin xüsusi nümayəndəsi müxbirin erməni hərbçilərini öz vətəndaşınız hesab edirsinizmi sualına cavab olaraq, bu ermənilərin Azərbaycan ərazisinə üçtərəfli bəyanata zidd olaraq, qeyri-qanuni daxil olan Ermənistan silahlı qüvvələrinin üzvləri olduğunu qeyd edib. Azərbaycan tərəfinin bu səbəbdən 23 aprel tarixində beynəlxalq hüquqa uyğun olaraq Laçında nəzarət məntəqəsi yaratdığını söyləyib.
Laçın yolundan hazırda tibbi ləvazimatların keçdiyi və humanitar məqsədli yüklərin Azərbaycanın Ağdam və Füzuli ərazisindən keçməsi təklifinin isə ermənilər tərəfindən qəbul edilmədiyi qarşı tərəfin diqqətinə çatdırılıb.
E.Əmirbəyov vurğulayıb ki, əgər həqiqətən də vəziyyət təqdim edildiyi kimi faciəvi olsaydı insanlar humanitar yardımın hansı istiqamətdən gəldiyi əhəmiyyət verməzdi; demək ki, qondarma üzdəniraq “hakim dairələr” orada yaşayan ermənilərin əksəriyyətini girov saxlayırlar, çünki sosial şəbəkələrdə narazılıqlar eşidilir. Qondarma hakim qüvvələr bu vəziyyətdən Azərbaycan əleyhinə beynəlxalq səviyyədə təzyiq məqsədilə istifadə etmək istəyirlər.
E.Əmirbəyov müsahibədə Vaqif Xaçatryanın həbs edilməsi ilə əlaqədar həqiqətlərdən bəhs edib, onun birinci Qarabağ müharibəsi zamanı mülki azərbaycanlılara qarşı müharibə cinayətləri törədən şəxslər siyahısında olduğunu diqqətə çatdırıb.
Xüsusi nümayəndə, jurnalistin Azərbaycanın avtoritar rejim olması ilə bağlı təxribatçı sualına cavab olaraq, Azərbaycanın demokratik ölkə olduğunu vurğulayıb və insan hüquqları məsələsinə gəldikdə, Fransa da daxil olmaqla heç bir ölkənin mükəmməl olmadığı müxbirin diqqətinə çatdırılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09

