Milli maraqlara söykənən siyasət
03.08.2023 [12:36]
Yeganə BAYRAMOVA
Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, milli maraqlara söykənən siyasət qurulub.
Bu barədə “Yeni Azərbaycan”a millət vəkili Məşhur Məmmədov bildirib.
"Azərbaycan dövlətinin hər zaman yürüdülən siyasətinin mərkəzində milli maraqlar durur", deyə o, qeyd edib. Deputatın sözlərinə görə, son illər ərzində Prezident rəhbərliyi ilə dövlət maraqlarının qorunması istiqamətində mühüm addımlar atılıb: “Beynəlxalq müstəvidə Azərbaycanın dövlət maraqlarının, milli maraqlarının qorunması istiqamətində sistemli siyasət yürütməklə, diaspor nümayəndələrimiz də koordinasiyalı şəkildə vacib addımlar atır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində atılan mühüm addımlar məhz xaricdə yaşayan soydaşlarımız vasitəsilə çatdırılır. Prezident İlham Əliyev milli və dövlət maraqlarının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirməkdədir”.
M.Məmmədov qeyd edib ki, dövlət maraqlarının qorunması və bu maraqların ictimaiyyət arasında təbliği çox vacib məsələ və əsas vəzifələrdən biridir: “İctimai və dövlət maraqlarının qorunmasında, təhlükəsizliyin müdafiəsində vətəndaşlarımızın maariflənməsi ən önəmli şərtlərdəndir. Çünki hər birimizin həyatında, fəaliyyətində dövlət maraqlarının müdafiəsi üstünlük təşkil etməlidir. Hər bir vətəndaş siyasi mövqeyindən asılı olmayaraq, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. Bu, həm də ona görə vacibdir ki, dövlət maraqları müdafiə olunmadan ictimai maraqlar heç vaxt qoruna bilməz. Məhz aparılan təbliğatın nəticəsidir ki, Azərbaycan xalqı, ictimaiyyəti mənəviyyata, mənəvi dəyərlərə, dövlətə, onun atributlarına, simvollarına böyük sayğı göstərir. Dövlətimizin maraqlarına zidd olan, onun təhlükəsizliyini pozmağa yönələn, müstəqilliyinə qəsd etmək istəyən qüvvələrə qarşı Azərbaycan xalqı, ictimaiyyəti hər zaman mübarizə aparıb, bundan sonra da aparacaq. Bizim üçün dövlətimizin maraqlarının müdafiəsi vacibdir və bu, ictimai maraqlarımızın yaşaması deməkdir. Bütün bunlara görə də vətəndaş cəmiyyəti ilə dövlət arasında əsas körpü rolunu oynayan medianın üzərinə böyük vəzifə düşür”.
Deputatın sözlərinə görə, bəzən cəmiyyətdə yanlış olaraq belə anlaşılır ki, ictimai və dövlət maraqlarının qorunması yalnız dövlətin vəzifəsidir: “Bu, kökündən yanlış yanaşmadır. Ona görə vətəndaşların üzərinə bilavasitə mühüm vəzifələr düşür. Onlar dövlət, eləcə də ictimai maraqların qorunmasında fəal iştirak etməlidirlər. Bu fəallıq olmadan normal cəmiyyət qura bilmərik. Vətəndaşlar ictimai və dövlət maraqlarının qorunmasında aktivlik göstərməli, dövlətin yanında olmalı, bu maraqların ən güclü müdafiəçilərinə çevrilməlidirlər. Çünki Azərbaycanın daxili və xarici siyasətində ictimai və dövlət maraqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu, həm də təhlükəsizliyimizin qorunması və təmin edilməsi baxımından xüsusi önəm və əhəmiyyət daşıyır”.
Xəbər lenti
Hamısına baxDünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27

