Dünyanı yaxşılıq xilas edəcək....
19.08.2023 [13:03]
Ümumdünya Humanitar Yardım Günüdür!
Bu günün keçirilməsində məqsəd yardıma ehtiyacı olanların əlindən tutan, bu yolda hətta canlarını fəda etməyə hazır olan humanitar işçilərin anılmasıdır. Hər il bu tarixdə fərqli mövzularda çağırışlar başladılır və gün xüsusi olaraq qeyd edilir.
Ümumdünya Humanitar Yardım Günü ilk dəfə 19 avqust 2009-cu ildə qeyd edilib. Qeyd olunmasının əsas qəhrəmanı isə BMT-nin humanitar qurumunun əməkdaşı, braziliyalı Serjiu Vieyra di Mellu idi. Belə ki, Serjiu düz 20 il bundan əvvəl - 19 avqust 2003-cü ildə Bağdadda 21 həmkarı ilə birlikdə silahlı qarşıdurma nəticəsində öldürülməsi dünyanı bir humanitar yardımçıdan məhrum etdi. Bu hadisədən sonda Vieyra di Mellu ailəsi Serjiu adına fond yaratmışdı.
Humanitar Yardım günü hər il fərqli mövzular ətrafında müzakirələr aparılır, lahiyələr hazırlanır. Məsələn, 2010-cu ildə “Biz Humanitar İşçilərik”, 2011-ci il “İnsanlara Kömək edən insanlar”, 2012-ci il “Mən buradaydım”, 2013-cü ildə, hadisənin 10 illiyində BMT və tərəfdaşları “Dünyanın daha çox ehtiyacı var ...” adlı layihə başladılmışdı.
Ümumdünya Humanitar Yardım İşçiləri hazırda çox çətin şəraitdə işləyirlər. 2017-ci ildə aparılan statistikaya görə, son 20 il ərzində 4132 yardım işçisi terror qurbanı olub. Təkcə 2016-cı ildə 91 nəfər öldürülüb, 88 nəfər yaralanıb. Belə hadisələr daha çox Suriya, Əfqanıstan, Cənubi Sudan, Konqo və Somali kimi ölkələrdə baş verir.
Yardım işçilərinə qarşı törədilən hər bir cinayət, vəhşilik acınacaqlı və dözülməzdir. Bu kimi cinayət aktlarını normallaşdırmaq olmaz. Yardım işçilərinin hüquqlarının qorunmaması ən sonda yardıma ehtiyacı olan insanlara qarşı da ədalətsizlik deməkdir.
1988 Spitak zəlzələsini xatırladaq. Ermənistanın şimalında 7 bal gücündə dağıdıcı zəlzələ baş vermişdi. Episentri Spitak şəhəri olan zəlzələ zamanı 25 mindən artıq adam həlak olmuş, 170 min nəfər isə xəsarət almışdı. Zəlzələdən sonra ilk olaraq Ermənistana Azərbaycan yardım əlini uzatmışdı. Onda azərbaycanlı briqada yüzlərlə yaralı ermənini dağıntılar altından xilas etdi. Dekabrın 11-də isə Azərbaycandan Spitaka yardım məqsədi ilə 78 nəfər könüllüdən ibarət ikinci qrup yığıldı. Lakin könüllüləri Spitaka aparan “İL-76” təyyarəsi Ermənistan ərazisində vurulmuşdu...
Azərbaycan həmişə humanitar yardımlara qoşulan ölkələr sırasındadır. Bu ilin iyul ayında Azərbaycanın Fələstinə göstərdiyi humanitar yardımın və dəstəyin Fələstin xalqı tərəfindən yüksək qiymətləndirilmişdi. Eyni zamanda, Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən dəfələrlə humanitar yardım karvanı Ukraynaya çatdırılıb, böhranla bağlı Azərbaycan Respublikasının göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manatı ötür.
Şahanə XANKİŞİYEVA
Xəbər lenti
Hamısına baxDünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13

