Təhsildə nələrə diqqət edilməlidir?
19.08.2023 [15:23]
Yeganə BAYRAMOVA
Bilik əhatəsinin genişlənməsində mühüm amillərdən biri də elmi-kütləvi, mədəni-maarif, təhsil proqamlarıdır ki, onların inkişafı çox vacibdir.
Bu barədə "Yeni Azərbaycan”a təhsil üzrə ekspert Elçin Əfəndi bildirib.
Ekspert qeyd edib ki, cəmiyyətimiz yeniliyə, liberallığa açıq bir toplum kimi tanınır. Dünyada çox az xalq var ki, bu qədər yeniliyə meyillidir: “Azərbaycan xalqı hər zaman çalışır ki, dünyada mövcud olan yeni texnologiyalardan istifadə etsin. Həm özünün, ailəsinin, həm də toplumun inkişafına nələri isə verə bilsin. Əlbəttə ki, bu çox yaxşı haldır. Lakin onun mənfi tərəfləri də çoxdur. Mənfi tərəf ondan ibarətdir ki, hər hansı texnologiya, yenilik, siyasi, ictimai, sosial və elit amillər Azərbaycana xaricdən gəlir. Bizim yaratdığımız ilklər təəssüflər olsun ki, yalnız Avropada və digər ölkələrdə uğur qazandıqdan sonra Azərbaycana xarici texnologiya formatında gəlib çıxır. Məsələn, Lütfüzadənin “Qeyri-səlis məntiq nəzəriyyə”si və yaxud gənclərimizin iri şirkətlərdə gördüyü yenilikləri nümunə göstərmək olar. Bu da onunla bağlıdır ki, Azərbaycan cəmiyyəti təəssüf ki, bünövrədə intellektual olmağı seçmir. Yəni, mütaliə etməklə elə də aramız yoxdur, eləcə də dərsliklərin və elmi kitabların səviyyəsi qənaətbəxş deyil. Elmi-kütləvi, mədəni-maarif, təhsil sahəsində hazırlanan proqramlar, ortaya qoyulan sənədlər çox mükəmməl olsa da, onların icrasında problemlər müşahidə olunur. Bu proqramlarda əks olunanların icra prosesində gerçəkləşməsi ləngidiyinə, yaxud adekvat olmadığına görə narazılıqlar yaranır. Bu da layihələrin, proqramların normal qəbul olunmasına maneə törədir. Bütün hallarda çox zaman problem o proqramların icrası zamanı yaşanır”.
Ekspert qeyd edib ki, hazırda televiziya və radio da daha geniş imkanlar təklif edir. Üstəlik internet resurslarından burada da istifadə mümkündür: “Diqqəti çəkən ən vacib məqamlardan biri də ondan ibarətdir ki, kommersiya xarakterli proqramlara televiziya və radiolarda daha geniş diqqət ayırmaqdansa, məhz elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarına önəm verilə bilər. Şübhəsiz ki, kitabın, kitabxananın, elmin, mədəniyyətin təbliğinə televiziyalar xüsusi yer ayırmalı, şou xarakterli proqramların əvəzinə kütləvi xarakter daşıyan maarifçilik əhəmiyyətli proqramlar təqdim olunmalıdır. Vətən müharibəsindən, Azərbaycanın qələbəsindən sonra davamlı olaraq elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması üzərində ciddi şəkildə işlənilməlidir. Cəbhədə döyüşlər bitsə də, informasiya müharibəsində mübarizə hələ də davam edir. Bunun üçün cəmiyyətimiz daha da təkmilləşməli, dünya görüşü artırılmalı, savadlanmalı və hərtərəfli informasiya ilə təmin edilməlidir. Bu məqsədlə də əlbəttə ki, elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının inkişaf etdirilməsinə, hətta yenilərinin hazırlanmasına çox böyük ehtiyac var. Qələbənin təmin olunmasında, ərazi bütövlüyümüzün bərpa edilməsində, Ali Baş Komandanın qətiyyəti, uzaqgörənliyi, liderlik keyfiyyətləri, apardığı siyasət proqram şəkilində universitet və orta məktəblərdə tədris olunmalıdır. Bu baxımdan proqramların hazırlanmasında mütəxəsis yanaşması və rəyi mütləq nəzərə alınmalı, alimlərin, mədəniyyət xadimlərinin, təhsil ekspertlərinin imkan və potensialından istifadə edilməlidir. Bu da əldə etdiyimiz zəfərdən sonra daxil olduğumuz yeni mərhələdə, post-konfilikt dövründə və bundan sonra həmrəyliyimizin daha da güclənməsində ciddi töhvəsini vermiş olacaq”.
Xəbər lenti
Hamısına baxElanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Gündəm
18 May 11:55
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48

