Dərs vəsaitlərindəki səhvlər...
01.09.2023 [11:57]
Problem bitmək bilmir
Məktəbdə sağlam tədrisin həyata keçirilməsi üçün dərs vəsaitlərinin rolu danılmazdır. Lakin dərsliklərin və müxtəlif dərs vəsaitlərinin tərtibat səviyyəsinin yüksək olduğunu söyləmək çətindir. Məlumdur ki, müxtəlif zamanlarda dərs vəsaitlərində buraxılan səhvlərlə bağlı məsələ gündəmə gətirilib. Buna baxmayaraq, problem həllini tapmır. Etiraf edək ki, orta məktəb dərsliklərində, eyni zamanda test tapşırıqlarında bəzi qüsurlar mövcuddur.
Dərsliklər necə hazırlanır?
Bu məsələ eyni zamanda mühüm bir məsələni - dərsliklərin hazırlanması mövzusunu aktuallaşdırır. Dərsliklər kim tərəfindən və necə hazırlanır, niyə belə ciddi səhvlərə yol verilir, bu savadsızlıq və laqeydlik nədən qaynaqlanır?
Apardığımız araşdırma nəticəsində məlum oldu ki, dərsliklər çap olunmamışdan əvvəl Elm və Təhsil Nazirliyi tərəfindən tender elan edilir. Nəşriyyatlar həmin tenderə qoşulurlar. Müəllif heyəti müəyyənləşdirilir. Həmin heyətin hazırladığı dərslik nazirliyin Tender komissiyasına təqdim olunur. Dərsliklər Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, institutlar tərəfindən araşdırılır, ən yüksək balla qiymətləndirilənlər qalib elan edilir. Müzakirəyə çıxarıldıqdan sonra müəyyən təkliflər nəzərə alınır, dərslik çapa hazırlanır.
Nə edək?
Göründüyü kimi, bir neçə instansiyadan keçməsinə baxmayaraq, dərsliklərdə kifayət qədər ciddi qüsurlar - nöqsanlar olur. Çıxış yolu isə sadədir: işi peşəkar səviyyədə yerinə yetirmək. Bu, artıq aidiyyəti qurumların, təhsil ekspertlərinin müəyyən edəcəyi məsələdir: dərsliklərin hazırlanması mexanizmini dəyişmək lazımdır, yoxsa dərslik yazanları müsabiqə yolu ilə seçmək? Hər halda, belə bir məsuliyyətli işə peşəkarlıq lazımdır.
Dərsliklərin tərcüməsində biznes maraqları...
Təəssüf ki, bu gün müxtəlif dərs vəsaitlərinin tərcüməsində, test tapşırıqlarının tərtibat olunmasının arxasında kommersiya maraqları dayanır. Bir çox nəşriyyat evləri tədris prosesi kimi vacib bir sahəni biznes mühitinə çeviriblər. Bütün bunlar isə son nəticədə təhsilin keyfiyyətinin aşağı düşməsinə yol açır.
Savadsızlıq, laqeydlik, yoxsa məsuliyyətsizlik?
Söhbət rus dili bölməsi üçün nəzərdə tutulan “Azərbaycan ədəbiyyatı” adlı dərs vəsaitindən gedir. Dərsliyin birinci bölməsindəki “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı yazının başlığında nöqsan var. Yazının başlığı belədir: “Kniqa otsa naşeqo Korkuta”. Tərcümə zamanı cümlə quruluşunun səhv olduğu ortaya çıxır. Başlıq “Bizim Qorqudun atasının kitabı” kimi oxunur. Bu isə təbii olaraq, şagirdlərdə anlaşılmazlıq doğurur.
Məsələ ilə bağlı yazıçı, tərcüməçi Etimad Başkeçidlə əlaqə saxladıq. O, “Yeni Azərbaycan”a açıqlamasında sözügedən cümlənin düzgün ifadə edilmədiyini təsdiqlədi. Tərcüməçi cümlənin olan bir neçə doğru variantını təklif etdi: “ “Kniqa otsa naşeqo Korkuta” ifadəsi birmənalı olaraq düzgün deyil. “Qorqud atanın kitabı” deyiriksə, tərcüməsi belə olmalıdır: “Kniqa naşeqo otsa Korkuta”. Yox, “Dədəm Qorqudun kitabı” deyiriksə, bunun rusca qarşılığı “Kniqa moeqo deda Korkuta” yazılmalıdır”.
Y.BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

