Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Müxalifət xalqı niyə “günahkar” çıxarır?

Müxalifət xalqı niyə “günahkar” çıxarır?

01.09.2023 [10:50]

Son illərdə siyasi palitranın “epizodik qəhrəmanları”na çevrilən müxalifət düşərgəsi üzvləri bacarıqsızlıqlarını, savadsızlıqlarını və satqınlıqlarını kompensasiya etmək üçün yollar arayırlar. Hər zaman ermənipərəst mərkəzlərin, anti-azərbaycançı dairələrin sifarişlərini yerinə yetirən anti-milli  ünsürlər aldıqları direktivlər əsasında tez-tez “aktivləşmə, passivləşmə fazası”na qədəm qoysalar da, artıq özlərinin xain fikirlərini cəmiyyətə “rəy” adı ilə sırıya bilmirlər. Sosial şəbəkələrdə lokal dəstə şəklində, şər-böhtan, yalan və dezoinformasiya maşını kimi “işlədlən” belələri milli maraq, mənafe, dövlətçilik kimi anlayışları nəinki ikinci plana keçirir, ümumiyytlə, leksikonlarından çıxarır - əksinə, xidmət etdikləri dairələrin maraqlarını müdafiə etmək onların “ən müqəddəs işi”nə çevrilir. Məsələn, AXCP və onun “yan”daşları kimi...

Tofiq Yaqublu “zehniyyəti”

Artıq qohum-əqrəba “birliyi” görüntüsü belə yarada bilməyən AXCP öz yalanlarnı tirajlamaq imkanını itirib. Daha doğrusu, bu təşkilatın əsl siması cəmiyyət tərəfindən yaxşı tanındığı üçün Əli Kərimli və şərikləri xalqı pafoslu fikirləri ilə aldada bilmir. Vaxtilə özünü ermənipərəst mərkəzlərin qarşısında “aktiv elektorata malik qüvvə” kimi tanıtmağa çalışan dağıdıcı ünsürlərin bütün kartları açılıb. Bu səbəbdəndir ki, Əli Kərimlinin pul şəriki Tofiq Yaqublu indi də bacarıqsızlıqlarını, xəyanətkarlıqlarını ört-basdır etmək üçün xalqı hədəfə alıb. Ermənipərəst mərkəzlərin “siyasi eksperti” “vəzifəsini” daşıyan Yaqublunun “düşüncəsinə” görə “bütün variantlarda məsuliyyət xalqın üzərindədir”. Yəni AXCP və Tofiq Yaqublu ermənilərlə sövdələşməyə gedir, “müxalifətçilik” adı altında erməni pulu yeyir, dövlətə və xalqa qarşı aparılan erməni təbliğatının tərkib hissəsi kimi çıxış edir - nəticədə xalq günahkardır. Bu qədər məntiqsiz birisinin “siyasi ekspert” kimi “vacibliyi” də bir başqa məsələdir...

Çirkin kampaniyaların tərkib hissələri...

T.Yaqublu hələ də anlamır ki, özlərini “milli təəssübkeş”, “demokratiya carçıları” kimi qələmə verərək gənc nəsli çaşdırmağa çalışan radikal ünsürlərin bütün maskası yırtılıb - onlar hətta vaxtilə törətdikləri əməllərin unudulduğunu zənn etsələr də, bu belə deyil. Azərbaycan xalqı 1992-ci ildə hakimiyyətə yiyələndikləri dövrdə belə dağıdıcı ünsürlərin ölkədə hansı anti-demokratik rejim qurduğunu, xalqın sərvətlərini taladıqlarını, Qarabağın işğalına rəvac verdiklərini unutmayıb. İndiki məqamda isə ölkəmizin uğurlarına, Qarabağın azadlığına, iqtisadi inkişafa qara yaxmağa çalışan tofiqyaqublular, əlikərimlilər, gültəkinhacıbəylilər, cəmilhəsənlilər yalnız və yalnız qınaq obyektinə çevrilirlər. Xarici dairələrin sifarişlərini yerinə yetirən müxalifət azlığı ölkəmizdəki sabitliyi pozmağa cəhd göstərir, xaos yaratmaq istəyir, Azərbaycana qarşı aparılan çirkin kampaniyalarda yer alır, ermənipərəst mövqedən çıxış edir.

Yaqublunun “yan”daşlığı...

Yaqublunun zehniyyətinə görə, xalq AXCP-nin və ya Əli Kərimlinin normal siyasi mübarizə apara bilməməsində, onların dərrakəsinin buna çatmamasına görə günahkardır - halbuki Əli Kərimlinin bütün fikirləri göstərir ki, o, cəmiyyətə yeni, faydalı, konstruktiv heç nə təklif edə bilmir. 30 ildir ki, dəyişməyən “şüarlar”, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər davam etməkdədir. AXC-nin şinelindən çıxmış və bu gün də müxalifət “post”unu zəbt etmiş Əli Kərimli kimi marginallaşmış, milli maraqları tapdaq altına atan, xəyanətkar şəxslər “siyasətçi” obrazına girməyə çalışır, özünü ictimai rəyə sırımağa niyyətlənir. Xalq isə onu və onun kimilərini qəbul etmir - burada xalqı günahkar çıxaran Tofiq Yaqublu isə sadəcə “yan” daş funksiyasını daşıyır...

MƏNSUR

Paylaş:
Baxılıb: 201 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Xəbər lenti

XİN Makrona cavab verib

25 Sentyabr 13:17

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30