Keçmiş səfirdən Ermənistan hakimiyyətinə çağırış: “Paşinyanı siyasi arenaya dəvət edirəm”
02.09.2023 [10:15]
Aysu ABBASOVA
“Ermənistanın baş naziri Nikol Paşinyanı siyasi arenaya qayıtmağa dəvət edirəm. Çünki Paşinyan həm hazırkı davranışları ilə vaxt qazanmağa çalışır, həm də bir müddətdir oynadığı oyunlarla sülh prosesini uzatmağa davam edir”.
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
O qeyd edib ki, artıq oyun bitib və Laçındakı şou getdikcə gülünc hal almaqdadır, eləcə də bu şounun izləyicisi azalmaqdadır: “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasınında biabır olan Ermənistan diasporu, diplomatiyası yeni oyunlar axtarışındadır. Erməni diasporu Azərbaycanda heç bir etibarı olmayan Fransa prezidenti Makronun izi ilə gedir. 10 TIR-dan ibarət yardım ləvazimatını Azərbaycan torpağı olan Qarabağa göndərməyə çalışır. Sual yaranır. Azərbaycandan icazə almadan 10 TIR-ı necə göndərə bilərsən?! Azərbaycan bölgədə söz sahibi olan, suveren bir dövlətdir. Bu mənada torpaqlarının necə idarə olunacağına Azərbaycan qərar verir. Azərbaycan humanist bir ölkədir və Laçın-Ağdam yolunu açaraq lazımlı yardımı etməkdədir. Xankəndidə yaşayan ermənilərin ac olduğunu iddia edirlər. Onlar ac olsalar, Azərbaycanın göndərdiyi 40 ton unu qəbul edərdilər. Belə çıxır ki, aclıq məsələsi sadəcə bir oyundan ibarətdir və Qarabağda yaşayan ermənilər də siyasi oyuncaq kimi istifadə edilir.
Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşıdırlar. Mən Qarabağda yaşayan ermənilərə təkrar səslənirəm, böyükləriniz, sizi idarə edənlər rahatlıq içində yaşayarkən siz onların oyuncağı olursunuz və əziyyət çəkirsiniz. Ona görə də tez bir zamanda Azərbaycana yaxınlaşın və bu oyunlar bitsin. Çünki bu oyunun qazananı yoxdur. Ermənistan rəhbərliyinə təkrar səslənmək istəyirəm - 10 noyabr üçtərəfli Bəyanatı 3 ölkə arasında həyata keçirilməkdədir. Ancaq siz ABŞ-dan, Fransadan, Brüsseldən dəstək gözləyirsiniz. Bununla da tərəflərin sayını artırırsınız. Buna gərək yoxdur. Çünki Azərbaycan tez bir zamanda bölgədə əmin-amanlıq olması üçün sülh əlini uzatdı. Azərbaycanla Ermənistan sülh sazişi imzalasa, Türkiyə ilə Ermənistan arasındakı əlaqələr də normallaşacaq. Artıq Ermənistana heç bir xeyri olmayan diaspor Ermənistan üzərindən əlini çəksin. Çünki bu, Ermənistana zərər verir. Siyasi oyunlar bitsin və bölgədə sülh, yaxın qonşuluq olsun. Biz heç bir xalqa düşmən deyilik. Türkiyə hər zaman Azərbaycanın yanında olacaqdır”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

