Pekində Azərbaycan-Çin İnvestisiya və Ticarət Forumu təşkil edilib
03.09.2023 [18:15]
Pekində Azərbaycan-Çin İnvestisiya və Ticarət Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iş adamları və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Forumda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirin möhkəm və davamlı əlaqələri simvolizə edən platforma olduğunu, iqtisadi artım, ticarətin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmək baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iqtisadi-ticarət əlaqələrinin də inkişafına geniş imkanlar açır. İki ölkə arasında müvafiq olaraq sərmayələrin təşviqi və qorunması, ikiqat vergitutmanın qarşısının alınması üzrə iqtisadi əlaqələrin gücləndirilməsinə yönəlmiş bir sıra sazişlər, həmçinin texniki-iqtisadi əməkdaşlığa dair sənədlər imzalanıb. Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ölkələrimiz arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. Azərbaycanda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrində iştirak edir. Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində də sıx əməkdaşlıq qurulub. Azərbaycan Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.
İqtisadiyyat naziri Azərbaycanda iqtisadi islahatlar və artım barədə də məlumat verib. Qeyd olunub ki, bu illər ərzində Azərbaycan resursdan asılı iqtisadiyyatdan innovasiya, sahibkarlıq və biliyə əsaslanan sənaye üzərində inkişaf edən iqtisadiyyata uğurla keçid edib. Ötən il Azərbaycanda real ÜDM 4,6 faiz artıb.
Ölkəmizdə tətbiq edilən vergi güzəştləri, güzəştli kreditlər, hökumət təşəbbüsləri ilə dəstəklənən əlverişli investisiya mühiti və dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi diqqətə çatdırılıb. Azad edilmiş ərazilərimizdə vergi güzəştləri, sosial sığorta müavinətləri, təkmil investisiya təşviqi mexanizmləri, kommunal xidmətlər üzrə güzəştlər, əmək miqrasiyası kvotasının müəyyən edilməsi və sadələşdirilmiş iş prosedurlarını əhatə edən əlverişli şərtlər barədə məlumat verilib, Çin şirkətləri həmin ərazilərimizdəki layihələrdə fəal iştiraka dəvət edilib.
Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti xanım Qao Yuanyuan ölkələrimizin işgüzar dairələrinin tərəfdaşlığı genişləndirməsi üçün yaxşı perspektivlərin mövcudluğunu vurğulayıb, müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsindən danışıb.
Çinin Ticarət Nazirliyinin Xarici investisiyalar və iqtisadi əməkdaşlıq departamentinin direktoru Janq Li, Çinin İşçi Komissiyasının katibinin müavini Li Qanq, “China Energy International Group Co., Ltd.” şirkətinin baş vitse-prezidenti Lin Siaodan və digər Çin qurumlarının nümayəndələri Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, ölkələrimizin investisiya imkanlarının qarşılıqlı tanıdılması və reallaşdırılması, ikitərəfli ticarət əlaqələrinin artırılması, “yaşıl” enerji sahəsində Azərbaycanla əməkdaşlıq imkanları və digər məsələlər barədə fikirlərini bildiriblər.
Tədbirdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov xarici investisiyaların cəlbi istiqamətində həyata keçirilən tədbirlər, investorlar üçün yaradılmış əlverişli investisiya mühiti barədə çıxış ediblər.
Forumda işgüzar dairələr arasında tərəfdaşlığın gücləndirilməsi, müxtəlif istiqamətlər üzrə birgə təşəbbüslərin həyata keçirilməsinin perspektivləri barədə müzakirələr aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti xanım Qao Yuanyuanla görüşüb. Görüşdə qarşılıqlı səfərlərin iqtisadi potensialımızın reallaşdırılmasında önəmi vurğulanıb, ikitərəfli əlaqələrin inkişafı üçün yeni imkanların müəyyənləşdirilməsi məsələlərinə diqqət yetirilib.
Xəbər lenti
Hamısına baxSosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19

