Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşündə Cənubi Qafqazda vəziyyət də müzakirə olunub
04.09.2023 [19:23]
Soçidə Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqların yekunlarına dair mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti mətbuat konfransındakı çıxışında Soçi danışıqlarının konstruktiv keçdiyini vurğulayıb. Vladimir Putin deyib ki, danışıqlar çərçivəsində milli valyutalardan istifadə olunması, energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Rusiya Prezidenti xatırladıb ki, “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi ilə Türkiyə nüvə dövlətləri sırasına daxil olub.
Dövlət başçısı əlavə edib ki, Rusiya bundan sonra da Türkiyəni qazla təmin etmək və Türkiyə vasitəsilə üçüncü ölkələrə qaz ixrac etmək niyyətindədir. Türkiyədə qaz qovşağının qurulması üçün işçi qrupunun yaradılması nəzərdə tutulub.
Tərəflər turizm, kənd təsərrüfatı sahələrində də əməkdaşlığı müzakirə ediblər.
Taxıl müqaviləsinin bərpası məsələsinə toxunan Vladimir Putin bildirib ki, Rusiyanın şərtləri yerinə yetirildikdən sonra ölkəsi taxıl müqaviləsinə qayıtmağa hazırdır. Türkiyə Rusiyanın yaxın tərəfdaşıdır və bu ölkədə taxıl emalı imkanları böyükdür. Rusiya kənd təsərrüfatı məhsullarının ixracına məhdudiyyət aradan götürüləndən sonra Qətərin dəstəyi və Türkiyə vasitəsilə Afrikanın altı ölkəsinə taxıl ixracına hazırdır.
Vladimir Putin Rusiya və Türkiyənin Suriyanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını və bu ölkənin müqəddəratının öz xalqı tərəfindən müəyyən ediləcəyini bildirib. Rusiya Prezidenti əməkdaşlığa görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
Görüşdə Suriyada və Cənubi Qafqazda vəziyyətin müzakirə olunduğunu vurğulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Şimali Kiprdə ofis açmasından məmnunluğunu ifadə edib. Prezident deyib ki, Türkiyə regionda sülhə nail olunması üçün bundan sonra da səylərini davam etdirəcək, Rusiya-Ukrayna münaqişəsinin həllinə öz töhfəsini verəcək.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin Rusiya ilə sıx əlaqələrinin bundan sonra da regional problemlərin həllinə töhfə verəcəyini deyib.
Xəbər lenti
Hamısına baxSosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10

