Milli maraqları satanlar
07.09.2023 [10:55]
Erməni təbliğatının “sınıq təkəri”nə çevrilən müxalifət
Azərbaycan müxalifətinin, o cümlədən, anti-azərbaycançı qüvvələrin sifarişləri və maddi dəstəyi ilə yaradılan qondarma “milli şura” kimi “təşkilatlar”ın fəaliyyətinin hər bir epizodu Azərbaycan cəmiyyətinə yaxından tanışdır. Milli maraqların əksinə mövqe tutmaq, xalqın və dövlətin mənafeyinə zidd hərəkət etmək bu “qüvvə”lərin “proqramlaşdırılmış konsepsiyalarıdır”. Bu baxımdan həmin antimilli ünsürlər fəslə uyğun şəkildə aktivləşmə və passivləşmə fazalarına daxil olurlar ki, bu da əldə edəcəkləri maddiyyatla tam bağlılıq təşkil edir.
Sifarişçilər bəllidir...
“Milli şura” adlanan qurum istənilən hadisədən, mövzudan istifadə edərək Azərbaycanı hədəfə götürür, hakimiyyətə və ölkədə həyata keçirilən tədbirlərə ləkə yaxmağa çalışır. Onlar Azərbaycanın nüfuzunu zədələmək üçün xarici anti-Azərbaycan qüvvələrin pozucu fəaliyyətinə, ermənilərə və terrorçulara da bəraət qazandırmağa hazır olduqlarını hər an ortaya qoyurlar - məsələn, bu oyuncaq və antimilli qurum, az qala, iki gündən bir Azərbaycanda “insan hüquqlarının vəziyyəti”, siyasi proseslər və digər məsələlər ilə bağlı “bəyanat”lar yayır, beynəlxalq ictimaiyyətə çağırışlar edir. Son zamanlar isə Qubad İbadoğlu ilə əlaqədar hazır mətnləri “bəyanat” adı ilə ictimai rəyə sırımağa çalışırlar. Bu hazır mətnləri sifariş edənlərin kimlərdən ibarət olması da hər kəsə bəllidir - qondarma şuranın əsas dəstəkçilərindən sayılan ermənipərəst “siyasətçilər”, erməni soyqırımını dəstəkləyən əcnəbi “deputatlar”, eyni zamanda Ermənistanla bağlı əsassız kampaniyaların “müəllifləri... Onlar qondarma şuranın işbirlikçiləridir.
Qondarma şura, Əli Kərimli niyə bəyanat vermir?
Amma gəlin görək, başda AXCP sədri Əli Kərimli olmaqla qondarma şura və başqaları son günlərdə Ermənistanın Azərbaycana qarşı apardığı kampaniya ilə bağlı bir kəlmə də olsun danışıbmı? Və ya özünə “vətənpərvər” yarlığı yapışdırmağa çalışan ermənipərəst Sevinc Osmanqızının kanalında danışan “ekspertlər” ölkəmizə qarşı aparılan mənfur kampaniyadan bəhs açıbmı? Hər kəs üçün maraqlıdır - qondarma “milli şura”, Əli Kərimli, Tofiq Yaqublu, Gültəkin Hacıyeva və onlar kimiləri Ermənistanın sülh prosesini sabotaj etməsi, hərbi təxribatlara əl atması, separatçıların qeyri-qanuni fəaliyyəti, Ağdam-Xankəndi yolunda törədilən təxribatlar, BMT TŞ müstəvisindəki qələbəmiz, dünyanın aparıcı dövlətlərinin Azərbaycana dəstəyi və bu kimi məsələlərlə bağlı niyə bəyanat yaymırlar? Hətta bəyanat bir tərəfə, niyə bir kəlmə də danişmırlar. Nə üçün?!
Verilən pulun qarşılığında...
Bu, bir daha onu göstərir ki, özünə “müxalifət” deyən azlıq bu xalqın nümayəndəsi deyil, onlar yalnız Azərbaycanın əleyhinə kampaniya aparmaq üçün “kodlaşdırılıblar” və ya “maliyyələşdirilirlər”. Özünü cəmiyyətə, ictimai rəyə sırımağa niyyətlənən bu “kəsim”in əsl məqsədi xalqımızın və dövlətimizin dünyadakı müsbət imicinə kölgə salmaqdır. Onlara verilən pulun qarşılığında bir tələb var - milli maraqları, dövləti və xalqı satmaq...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16

