Haqq səsimiz dəstəklənir...
08.09.2023 [11:10]
27 ölkənin 500-dən çox QHT-ləri Ermənistanı ifşa edir
Y.BAYRAMOVA
Dünyanın 27 ölkəsindən olan bir qrup xarici QHT, vətəndaş cəmiyyəti təmsilçiləri Ermənistanın saxta təbliğatını ifşa edən müraciət yayıb. Beynəlxalq kampaniya “Dünya Qafqazda sülh üçün” (“World for Peace in Caucasus”) adlanır. Kampaniya yeni elan olunmasına baxmayaraq, ciddi rezonans və dəstək qazanıb. Artıq dünyanın müxtəlif ölkələrindən müraciətə qoşulan vətəndaş cəmiyyəti təmsilçilərinin sayı 500-ü keçib.
“Jotform” beynəlxalq platformasında yerləşdirilən müraciətdə Laçın yolunun guya bağlı olması barədə yayılmış dezinformasiyalar barədə məlumat verilir. Bu istiqamətdə aparılan qərəzli kampaniyaların Cənubi Qafqazda sülh quruculuğu prosesinə zərbə vurduğu bildirilir, bundan dərin narahatlıq ifadə edilir.
Müraciətdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə tövsiyə edilir ki, Ermənistanın və qondarma rejimin qalıqlarının təxribatlarına, onların siyasi manipulyasiyalarına uymasınlar. Beləliklə, Ağdam-Xankəndi yolu sülh üçün açılsın.
Müraciətə qoşulanlar hesab edir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri Azərbaycan dövlətinin və vətəndaş cəmiyyətinin sülh naminə müsbət mesajlarını düzgün qiymətləndirməyi bacarmalıdır. Təəssüf hissi ilə qeyd edilir ki, Qızıl Aypara Cəmiyyətinin yardım gətirən yük maşınları yaradılan süni maneə nəticəsində Xankəndi istiqamətində hərəkətinə davam edə bilmir. Kampaniya feyk məlumatlar əsasında guya Qarabağda yaşayan erməni sakinlərin “humanitar böhran”la üzləşməsi barədə Azərbaycan dövlətinin ünvanına saxta ittihamlar irəli sürənləri də qınayır və onları reallıqları görməyə çağırır.
Beynəlxalq kampaniya barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni bildirib ki, xarici QHT-lərin Azərbaycanın haqq səsini dəstkləməsi mütərrəqi haldır. Onun sözlərinə görə, 30 il ərzində Azərbaycan QHT-ləri ölkəmizin milli maraqları və xalqımıza qarşı ədalətsizliklərlə bağlı beynəlxalq ictimaiyyətə dəfələrlə müraciət edib. Ancaq beynəlxalq ictimaiyyət bütün bunlara heç bir reaksiya verməyib: “Lakin son dövrlər ölkə başçısı tərəfindən aparılan milli, bəşəri və mütərəqqi siyasətlə, tarixi Zəfər qazanmağımızla artıq səsimizi eşitməyə başlayıblar. Görünür ki, Laçın-Xankəndi yolunda QHT nümayəndələrinin ekoloji aksiyalarından, hüquqlarımızın beynəlxalq miqyasda tanıdılmasından sonra dünya ictimaiyyəti həqiqətləri anladı. 500-dən çox xarici QHT nümayəndələrinin erməni yalanları ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırması artıq Azərbaycanın haqq səsini dəstəklədiklərinin göstəricisidir. Ona görə də Ermənistanın saxta təbliğatı ilə bağlı belə kampaniyanın başladılması çox təqdirəlayiq haldır. Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım göndərib. Bununla da Azərbaycan Qarabağda qondarma “humanitar böhran”la oyun oynamağa çalışan Ermənistanı çıxılmaz vəziyyətə salıb. Artıq beynəlxalq QHT-lər Azərbaycanın haqlı mövqeyini, haqq səsini dərk edir və dəstəkləyirlər. Bu, olduqca böyük bir irəliləyişdir, bizim beynəlxalq aləmdə hüquqlarımızın qorunması üçün mütərəqqi addımdır. Azərbaycan QHT-ləri və vətəndaş cəmiyyətləri bu kampaniyanı alqışlayır və əlbəttə ki, belə təbliğatların davamlı olmasını arzu edirik”.
Xəbər lenti
Hamısına baxDünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17

