Milli Məclisin komitə iclasında...
13.09.2023 [10:39]
Valideyn himayəsindən məhrum olmuş gənclərə yeni güzəşt
Sentyabrın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Musa Quliyev sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib, onlara qarşıdakı fəaliyyətlərində uğurlar diləyib.
Gündəliyin təsdiqindən sonra komitə sədri Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabatı təqdim edib. O, ötən sessiyalarda komitənin 11 iclasında 38 məsələyə baxıldığını bildirib, müzakirə olunan qanun layihələri barədə danışıb. Diqqətə çatdırılıb ki, hesabat dövründə komitəyə daxil olan ərizələr və şikayətlər üzrə müvafiq işlər görülüb.
Komitənin 2023-cü ilin payız sessiyası üçün iş planı barədə məlumat verən Musa Quliyev qeyd edib ki, bu sessiyada komitədə gələn ilin dövlət büdcəsi ilə bağlı məsələlərin, bir sıra qanun layihələrinin müzakirəsi, dinləmələrin keçirilməsi nəzərdə tutulub. Planda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin sosial siyasətinin təntənəsi” mövzusunda elmi-praktik konfransın keçirilməsi, həmçinin Səhiyyə komitəsi ilə birlikdə “Autizmin tibbi-sosial aspektləri və sosial müdafiə tədbirləri” mövzusunda dinləmənin təşkili öz əksini tapıb.
Sonra komitədə gündəlikdəki qanun layihələrinə baxılıb.
“Beynəlxalq Əmək Təşkilatının Nizamnaməsində dəyişiklik edilməsi haqqında 1986-cı il tarixli sənəd”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verən komitə sədri sənəddə BƏT-in orqanları olan Beynəlxalq Əmək Ofisinin idarə olunması, Beynəlxalq Əmək Konfransının prosedur qaydaları ilə bağlı təklif olunan dəyişikliklərdən danışıb.
Gündəliyin 4-cü məsələsi olan “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Musa Quliyev bildirib ki, layihədəvalideyn himayəsindən məhrum olmuş və ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində yaşamış şəxslərin qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadənin əsasları təsbit olunub.
Gündəliyin sonuncu məsələsi olan Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib. O, sosial sığorta nömrəsinin istisnası halları, əmək müqavilələrində sınaq müddətinə qoyulan məhdudiyyətlər, işçilərin sosial sığorta münasibətlərinin tənzimlənməsi, həmçinin anlayışların konkretləşdirilməsi məqsədilə layihədə təklif olunan dəyişiklikləri diqqətə çatdırıb.
Komitə sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Səttar Möhbalıyev, Ziyad Səmədzadə, Əziz Ələkbərov, Sevinc Hüseynova, Vüqar Bayramov, Arzu Nağıyev və İlham Məmmədov çıxış edərək müzakirəyə çıxarılan məsələlər barədə fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.
İclasda 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər məqbul hesab edilib, komitənin qarşıdakı payız sessiyası üçün iş planı təsdiq olunub.
Müzakirə olunan “Beynəlxalq Əmək Təşkilatının Nizamnaməsində dəyişiklik edilməsi haqqında 1986-cı il tarixli sənəd”in təsdiq edilməsi barədə qanun layihəsi, həmçinin birinci oxunuşda olan “Sosial xidmət haqqında” Qanunda dəyişiklik edilməsi barədə, o cümlədən Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxİdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55

