“Böyük Qayıdış”ın növbəti addımları...
14.09.2023 [10:55]
Yeganə BAYRAMOVA
Bu gün Azərbaycan xalqı olaraq tariximizin ən əlamətdar, möhtəşəm və qürurlu anlarını yaşayırıq. Zəfər sevincini daddıq, illərlə həsrət qaldığımız torpaqlarımız bütövlüyünə qovuşdu, yüz minlərlə soydaşımız məcburi köçkünlük yükündən azad oldu. Artıq tarixi səlnamələrimizə qızıl hərflərlə həkk olunacaq möhtəşəm bir məqamı-dədə-baba yurdlarımıza “Böyük Qayıdış”ı yaşayırıq. 44 günlük Vətən müharibəsindən sonra Qarabağın, Şərqi Zəngəzurun əzəli sakinləri doğma yurdlarına qayıdırlar.
Zəfərdən sonra bu xoşbəxtliyi ilk yaşayanlar Zəngilanın Ağalı kəndinin sakinləri oldu. Artıq bir ildən çoxdur ki, “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsi davam edir.
Dünən Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb. İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə (123 nəfər) bundan sonra doğma yurdunda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.
Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma sentyabrın 8-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.
Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan azad edən əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Ağalı kəndinə ilk köç 2022-ci il iyulun 19-da baş tutmuşdu. Bu mərhələdə 41 ailə (201 nəfər) doğma torpaqlarına qovuşub. Daha sonrakı köç karvanlarında sentyabrın 7-də 12 ailə (63 nəfər), sentyabrın 10-da 13 ailə (62 nəfər), 28 fevral 2023-cü ildə 10 ailə (50 nəfər), martın 3-də 10 ailə (44 nəfər), avqustun 12-də 22 ailə (106) nəfər yola salınıb. Bununla da indiyədək Ağalı kəndində daimi məskunlaşdırılan ailələrin sayı 133-ə (649 nəfərə) çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.
Bu gün Zəngilan özünün yeni dövrünü yaşayır. İşğaldan azad olunduqdan sonra həyatın canlandığı Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışının davam etməsi prosesinə şahidlik etməyimizin özü də ayrı bir xoşbəxtlikdir. Dövlət siyasətinin əsas prioriteti Qarabağa qayıdış və Qayıdışın tam olaraq icra edilməsidir. Təbii ki, təkcə Zəngilanın Ağalı kəndinə deyil, işğaldan azad olunmuş bütün şəhər və rayonlara “Böyük Qayıdış” həyata keçiriləcək. Kəndlərimiz, şəhərlərimiz yenidən qurulacaq, yurd həsrəti ilə yaşayan məcburi köçkünlər doğma ellərinə dönəcəklər. Həmin yerlərdə həyatın rəngi, ahəngi dəyişəcək. Şübhəsiz ki, dövlətimiz onların layiqli həyatını təmin edir və edəcək də.
Xəbər lenti
Hamısına baxDünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42

