Beynəlxalq Demokratiya 16 yaşında
15.09.2023 [12:09]
Nələri bilirik?
Günel ABBASOVA
Bu gün Beynəlxalq Demokratiya Günüdür. Demokratiya Günü 2007-ci ildə BMT Baş Assambleyası tərəfindən yaradılıb və hər il sentyabrın 15-də qeyd olunur. Bu tarix 2008-ci ildə yeni və bərpa edilmiş demokratiyaların 20 illiyinə həsr olunan beynəlxalq konfransda müəyyən edilib.
BMT dünyada demokratiyanın vəziyyətinə diqqət çəkmək üçün dövlətləri, regional, hökumətlərarası və qeyri-hökumət təşkilatlarını yeni bayramın qeyd edilməsinə çağırıb.
Demokratiya nədir?
Demokratiya cəmiyyəti də dövləti təmsil edən dəyərdir, məfhumdur. Bu baxımdan dövlət xalqdan, xalqın yaratdığı əlaqələr forması olan cəmiyyətdən və hakim təbəqədən, idarəetmə qrupundan ibarətdir. Dövlətin, hakimiyyətin, cəmiyyətin mənbəyi xalqdır, insanlardır. Bu kimi qurumlar insanların düşüncələrinin və əməllərinin zəruri şərtləri ilə yaranan fenomenlərdir.
Dövlət cəmiyyət tərəfindən yaradılmış və cəmiyyətin sahələr üzrə maraqlarına cavab verən bir təsisatdır. Cəmiyyətin sahələrini tənzim edən, cəmiyyətin sahələrini genişləndirən və sahələr üzrə maraqlara cavab verən bir qurumdur. Cəmiyyətin sahələrini uzlaşdıran və bu baxımdan da sosial maraqları qruplaşdıran kompleksiyadır. Dövlət cəmiyyətin telləri arasında harmoniya və simmetiya yaradan universallaşdırıcı və məxsusiləşdirici bir kompleksiyadır. Dövlət cəmiyyətin öz üzərində nəzarətini və müşahidəsini yerinə yetirən siyasi bir kompleksiyadır, modeldir.
Xalq hakimiyyəti
Demokratiya öz qədim tərifinə görə, “xalqın hakimiyyəti” deməkdir. Dövlətə sahib olan xalq siyasi baxımdan təşkilatlanmışdır. Monoetnik dövlətlərdə hakimiyyətdə yalnız həmin xalqın nümayəndəsi təmsil olunur. Lakin çoxxalqlı dövlətlərdə isə vətəndaş amilinə görə hakimiyyət də rəngarəng və multikultural olur. Bu baxımdan da demək olar ki, hər bir xalq təşkilatlanıb, digər xalqla birlikdə öz dövlətlərini qurublar. Multisivilizasiya əsaslı hakimiyyət yaranıb.
Qeyd edək ki, insan hüquqları təbiidir. O zaman demokratiya, yəni xalqın öz hakimiyyətində təmsil olunması da təbii bir haldır. Dövlət hüququ, hakimiyyət hüququ xalqın təbii hüquqlarının tərkib hissəsidir.
Bütün sahələrdə olan hüquqlar dövlət tərəfindən müəyyən olunur, normalara salınır. Dövləti də bir tərəf kimi hakimiyyət təmsil edir. Hakimiyyət normalar müəyyən edir. Buna görə də insanların siyasi hüquqları demokratik hüquqlar adlanır. Demokratiya xalqın azad şəkildə, sərbəst seçim ilə öz hakimiyyətində təmsil olunmasıdır. Burada azadlıq hüququ demokratiya hüququnun tərkibini təşkil edir. Hakimiyyət xalqın azad seçimi ilə yaranmış iradəli tərəf olmaqla, xalqın azadlıq hüququnu müdafiə edən tərəf və mexanizm rolunu da ifadə edir.
Xalqın hakimiyyət hüquqları dövlətin konstitusion hüquqlarında öz əksini tapır. Hakimiyyət baza və baza hüquqları genişləndirən əsas mexanizm və struktur rolunu oynayır.
Demokratiya yalnız məqsəd deyil, bir prosesdir və yalnız beynəlxalq ictimaiyyətin, dövlət orqanlarının, cəmiyyətin və fərdi vətəndaşların tam iştirakı və dəstəyi ilə dünyanın hər yerində demokratiyanın ideallarını həyata keçirmək mümkündür.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

