Dünyaya sülh gərək!
21.09.2023 [11:45]
Azərbaycan hər kəsi sülhə səsləyir
Günel ABBAS
Sülh dünyadakı bütün insanlar üçün xoşbəxt və dinc həyatın əsas meyarıdır. Sülhə çatmağın da yolu zorakılıqların olmadığı bir yoldan keçir.
Dünyada sülh gününün keçirilməsi sülhsevər xalqların bir araya gələrək bəşəriyyətin xilası üçün birlik nümayiş etdirməsidir. Beynəlxalq Sülh Günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1981-ci ildə qəbul etdiyi qətnamə ilə təsis edilib. İlk sülh günü 1982-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan etibarən hər il sentyabr ayının 3-cü çərşənbə axşamı Beynəlxalq Sülh Günü kimi qeyd olunurdu. Lakin BMT Baş Assambleyasının 2001-ci ildə qəbul etdiyi qətnaməyə əsasən, Beynəlxalq Sülh Günü artıq bütün sülhsevər ölkələrdə 21 sentyabr tarixində qeyd olunur.
BMT tərəfindən belə bir tarixi günün təsis edilməsində əsas məqsəd bütün ölkələri və xalqları həmin gün hərbi əməliyyatları dayandırmağa və ya sülh problemləri ilə bağlı təhsil və ictimai maarifləndirmə kampaniyaları keçirməyə dəvət etmək olub. Təbii ki, sülh bəşəri rəmzə çevrilərək insanların arzu etdiyi və can atdığı bütün müsbət keyfiyyətləri özündə birləşdirən məfhumdur. Bu baxımdan, Beynəlxalq Sülh Gününün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxır. Buna görə də cinsindən, yaşından, irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq, sülh arzulayan hər kəsin yardımına ehtiyac duyulur. BMT Baş katibinin hər il Beynəlxalq Sülh Günü münasibətilə müraciətində deyilir ki, münaqişələrin səngiməsi, atəşkəs rejiminə tərəflərin qarşılıqlı şəkildə əməl etməsi təkcə insanların əmin-amanlıq şəraitində yaşaması deyil, eyni zamanda, inkişaf, tərəqqi və bəşəri təhlükəsizliyə təminatdır.
Sülh naminə beynəlxalq səviyyədə aparılan fəaliyyətlər həyati əhəmiyyətə malik olsa da, hər yerdə qorunmur, müdafiə edilmir, milli münaqişələr daha da qloballaşır, coğrafiyası genişlənir, bütövlükdə bəşəriyyət üçün təhlükəli nəticələrə səbəb olur. Tarixi ədaləti bərqərar edənə qədər 30 ilə yaxın müharibə şəraitində yaşayan Azərbaycan üçün sülhün təminatı daha əhəmiyyətlidir. Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində müharibənin əziyyətlərini yaşayan, qaçqın, köçkün problemi ilə üzləşən Azərbaycan regionda sülhün, əmin-amanlığın təminatı üçün bütün imkanlardan istifadə edir, danışıqlarda sülhsevər siyasətini diqqətə çatdırır. Ermənistanın törətdiyi Xocalı soyqırımının tanıdılması barədə müraciətlər dünyanın bütün xalqlarına ünvanlanır. Azərbaycan Prezidenti İlham Əliyev birinci və ikinci Qarabağ müharibəsi zamanı erməni silahlıları tərəfindən öldürülən, əlil olan soydaşlarımızın hüquqlarının qorunması üçün beynəlxalq ictimaiyyəti ədalətli olmağa çağırır. 1994-cü il mayın 12-dən cəbhədə atəşkəs elan ediləndən bugünədək, demək olar ki, hər gün sərhədə yaxın kəndlərimizi, yaşayış məntəqələrimizi hədəf seçən, iri və xırda çaplı silahlardan atəş açaraq dinc sakinləri öldürən, yaralayan, şikəst edən erməni işğalçıları üçün Sülh Günündə BMT-nin Baş katibinin istənilən çağırışı önəmli deyil. Azərbaycan sülhsevər siyasətini, Ermənistan isə çirkin niyyətini davam etdirməkdədir. İstər müharibə, istərsə də postmüharibə dövründə Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulması, mülki şəxslərin, xüsusilə uşaqların öldürülməsi Ermənistan dövlətinin yürütdüyü işğalçılıq siyasətinin tərkib hissəsidir. 2020-ci ildə Ermənistan tərəfindən sərhəddən kənarda yerləşən Azərbaycan ərazilərinə iriçaplı silahlar və raketlərlə zərbələr endirilməsi mülki əhalinin qətlə yetirilməsi ilə nəticələnmişdi. Ermənistanın təxribatları bu gün də davam edir. 2022-ci ilin sentyabr ayında düşmənin daha da intensivləşən irimiqyaslı təxribatları nəticəsində Azərbaycan Ordusunun 80-ə yaxın hərbçi və əsgəri şəhid olub, eləcə də 2 mülki şəxs ağır xəsarətlər alıb. Bunun kimi bir çox faktlar onu göstərir ki, Ermənistan dövləti öz təcavüzkar siyasəti ilə beynəlxalq hüququn norma və prinsiplərini pozur, region üçün təhlükə yaratdır. Ermənistanın təxribatları bu gün də davam edir. Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atdılar.
Düşmənin bütün vəhşiliklərinə baxmayaraq Prezident İlham Əliyev sərhəddə mütəmadi təxribatlar törədən Ermənistanla məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həlli istiqamətində addımlar atır. Ancaq Ermənistan hər dəfə Azərbaycanın uzatdığı sülh əlini tutmaqdan imtina edir. Sülh naminə atılan addımlara təxribatlarla ?? terrorla qarşılıq verən Ermənistan bu dəfə Azərbaycana öz torpaqlarında əmin-amanlıq yaratmaq üçün antiterror əməliyyatı keçirməyə məcbur etdi. Təbii ki, Azərbaycan hər zaman olduğu kimi bu məsələdə də maksimum şəkildə humanist mövqe nümayiş etdirir və seperatçı qrupları silahı buraxıb, ağ bayraq qaldırmağa səsləyir.
Dünyada sülhə çağırışlar edilirsə, dinc sakinlərin, qocaların, qadınların və körpə uşaqların qətlə yetirilməsinə biganəlik göstərilməməlidir. Hər il Beynəlxalq Sülh Gününü qeyd edən Azərbaycan yaşından, irqindən, milliyyətindən, dinindən, dilindən və cinsindən asılı olmayaraq hər kəsi sülhə səsləyir. Dünyada analoqu olmayan bir faciəni - Xocalı faciəsini yaşayan xalqımız belə bir soyqırımın təkrarlanmasını istəmir. Münaqişə ocaqlarının alovlanmasının qarşısının alınmasını istəyir. Dünyamıza sülh gərəkdir!
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
07 Dekabr 19:55

Xəbər lenti
07 Dekabr 19:33

Xəbər lenti
07 Dekabr 17:27

Xəbər lenti
07 Dekabr 17:25

Xəbər lenti
07 Dekabr 16:23

Xəbər lenti
07 Dekabr 16:20

Xəbər lenti
07 Dekabr 15:55

Xəbər lenti
07 Dekabr 15:51

Xəbər lenti
07 Dekabr 15:12

Xəbər lenti
07 Dekabr 15:09

Xəbər lenti
07 Dekabr 14:56

Mədəniyyət
07 Dekabr 14:47

YAP xəbərləri
07 Dekabr 14:39

Xəbər lenti
07 Dekabr 14:30

İdman
07 Dekabr 13:43

Dünya
07 Dekabr 13:40

Sosial
07 Dekabr 13:37

Xəbər lenti
07 Dekabr 13:34

Xəbər lenti
07 Dekabr 13:00

Xəbər lenti
07 Dekabr 12:29

Xəbər lenti
07 Dekabr 12:27

Gündəm
07 Dekabr 12:05

Xəbər lenti
07 Dekabr 11:55

Dünya
07 Dekabr 11:43

Xəbər lenti
07 Dekabr 11:30

Xəbər lenti
07 Dekabr 11:25

Xəbər lenti
07 Dekabr 11:22

Siyasət
07 Dekabr 11:20

Xəbər lenti
07 Dekabr 11:14

Xəbər lenti
07 Dekabr 11:10

Siyasət
07 Dekabr 11:00

Xəbər lenti
07 Dekabr 10:58

Siyasət
07 Dekabr 10:55

MEDİA
07 Dekabr 10:50

İqtisadiyyat
07 Dekabr 10:45

Siyasət
07 Dekabr 10:40

Xəbər lenti
07 Dekabr 10:35

Siyasət
07 Dekabr 10:30

Xəbər lenti
07 Dekabr 10:23

Xəbər lenti
07 Dekabr 10:20

Siyasət
07 Dekabr 10:10

Siyasət
07 Dekabr 10:00

Xəbər lenti
07 Dekabr 09:32

Xəbər lenti
07 Dekabr 09:16

Xəbər lenti
07 Dekabr 09:15

Xəbər lenti
07 Dekabr 09:10

Xəbər lenti
07 Dekabr 09:10

Xəbər lenti
07 Dekabr 09:07

Gündəm
07 Dekabr 09:00

Xəbər lenti
06 Dekabr 20:28

Siyasət
06 Dekabr 18:14

Siyasət
06 Dekabr 17:01

Dünya
06 Dekabr 16:20

Xəbər lenti
06 Dekabr 15:45

Xəbər lenti
06 Dekabr 15:31

Xəbər lenti
06 Dekabr 15:05

Xəbər lenti
06 Dekabr 15:04

Siyasət
06 Dekabr 14:21

Xəbər lenti
06 Dekabr 13:56

Xəbər lenti
06 Dekabr 13:44

Xəbər lenti
06 Dekabr 13:29
.jpg&width=120)
Xəbər lenti
06 Dekabr 13:26

Xəbər lenti
06 Dekabr 13:20

Mədəniyyət
06 Dekabr 13:08

Xəbər lenti
06 Dekabr 13:04

Mədəniyyət
06 Dekabr 12:44

Xəbər lenti
06 Dekabr 12:06

Xəbər lenti
06 Dekabr 11:57

Xəbər lenti
06 Dekabr 11:49

Siyasət
06 Dekabr 11:47
