“Vətən müharibəsində də bu partiyalar pozuculuqla məşğul oldu”
22.09.2023 [12:00]
Nardar
Dövlət və milli məsələlərdə müxalifət olmaz. Çünki bu, artıq xalqa, millətə, dövlətə qarşı müxalifətçilik olur ki, bu da birmənalı olaraq qəbuledilməzdir.
Bu fikirləri Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və ReAl Partiyasının Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən qəbul olunan birgə bəyanata qoşulmamasını yeniazerbaycan.com-a şərh edən Milli Cəbhə Partiyasının (MCP) sədri, millət vəkili Razi Nurullayev bildirib
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində də eyni partiyalar bu cür pozuculuqla məşğul oldu: “Azərbaycan haqq savaşı aparır, bu savaşda mövqeyindən, düşüncəsindən, yanaşmasından asılı olmayaraq, hər kəs vahid mövqedən çıxış etməyə borcludur. Bu, ən azından hər birimizin vətəndaşlıq borcudur. Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı lokal antiterror tədbirləri keçirildi. Belə bir məqamda siyasi partiyaların da üzərinə məsuliyyət düşür. Dövlət qeydiyyatına alınan partiyalardan 23-ü elə tədbirlər başlayan gün dəstək bəyanatı ilə çıxış etdi. Amma yenə də vahid möveyin baş tutmasına mane olan qüvvələr ortaya çıxdı. AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı Arif Hacılı və ReAL Partiyasının sədri İlqar Məmmədov 23 siyasi partiyanın imzaladağı bəyanata qoşulmaqdan imtina etdilər. Doğrudur, onlar ayrı-ayrılıqda bəyanatla çıxış etdilər, amma vahid mövqeyi pozdular”.
Partiya sədrinin fikrincə, bu cür milli məsələlərdə siyasi iddialarla çıxış etmək yolverilməzdir: “Özünü azərbaycanlı sayan heç kim belə məsələlərdə fərqli mövqedən çıxış etməz, etməməlidir də. Hər üç partiya hər zaman olduğu kimi yenə də siyasi birliyi pozmağa səy göstərdi, vahid mövqeni görməzdən gəldi. Elə ona görədir ki, xalq da hər dəfə bu siyasi təşkilatları görməzdən gəlir”.
Xəbər lenti
Hamısına baxGündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00

