Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / MN: Azad olunmuş ərazilərdə ötən həftə 293 mina zərərsizləşdirib

MN: Azad olunmuş ərazilərdə ötən həftə 293 mina zərərsizləşdirib

29.09.2023 [10:45]

Azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində ötən həftə ərzində 199 ədəd tank əleyhinə, 94 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirib.

Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Məlumata görə, bundan başqa, mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə 8 km-dək yeni təminat yolları çəkilib. Qısa müddət ərzində 300 km-dək mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.
Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdəki yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.
Qeyd olunan ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.

Paylaş:
Baxılıb: 429 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

23 May 08:34  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31