Redikül müxalifətin məyusluğu...
03.10.2023 [10:53]
N.BAYRAMLI
Azərbaycanın öz konstitutsion hüquqlarını bərpa etməsi təkcə Ermənistanı və onun havadarlarını məyus etməyib. Məyuslar arasında Vətəndə yaşayıb, onun uğurlarından narahatlıq keçirənlərə də rast gəlirik...
Redikül müxalifətin xaricdəki anti-azərbaycançı mərkəzlərə xidmət etməsi və onların əlində alət olması bütün cəmiyyətimizə məlum olan faktdır. Bu baxımdan, AXCP və onun sədri Əli Kərimli öndə gedənlər sırasındadır. Ə.Kərimlinin indiyədək Azərbaycanın hər hansı bir uğuruna sevinməməsi də buradan qaynaqlanır. Bütün sosial dayaqlardan məhrum olan Ə.Kərimli hazırda yalnız sosial şəbəkələr müstəvisində “fəaliyyət” göstərir.
Əslində, bu “mükafata” AXCP sədri öz “əməyinin” nəticəsində sahib olub. Öz şəxsi maraqları naminə milli maraqları satan, ermənipərəst dairələrin tapşırıqlarını icra edən bir siyasətçiyə Azərbaycan xalqı dəstək verərmi? Əsla!
Əlbəttə, hər bir hüquqi dövlətdə, demokratik cəmiyyətlərdə müxalifət partiyalarının fəaliyyət göstərməsi təbii prosesdir. Bu tipli ölkələrdə müxalifət iqtidarda olan qüvvənin fəaliyyətini diqqətlə izləyir və onun həyata keçirdiyi siyasətdən, proqramlardan daha keyfiyyətli proqramlar cəmiyyətə təqdim etməyə çalışır. Ki, seçkilər yolu ilə vətəndaşların etimadını qazanaraq hakimiyyətə gəlsin və xalqa, dövlətə əvvəlki hakimiyyətdən daha yaxşı xidmət göstərsin. Amma gəlin görək AXCP nə edir? İndiyə qədər heç bir proqram ortaya qoymayan bu partiya və onun sədrinin fəaliyyəti yalnız iqtidara və dövlətə qarşı qarayaxma kampaniyası aparmaqdan ibarətdir. Bunun adı isə hakimiyyətə deyil, dövlətə qarşı müxalifətçilikdir. Ən ağrılısı odur ki, Ə.Kərimli kimilər müstəqil Azərbaycana düşmənçilik edənlərə xidmət göstərirlər.
Buna bariz nümunə kimi onun Ermənistanın işğalçılıq siyasətinə qarşı mübarizə və Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşa dair münasibətini göstərmək olar. 2020-ci ilin sentyabr ayında başlanan Vətən müharibəsində ölkədə fəaliyyət göstərən siyasi partiyalar milli həmrəyliyin ifadəsi olaraq Ali Baş Komandana və ordumuza dəstəklə bağlı birgə bəyanat imzaladılar. Yalnız AXCP də daxil olmaqla cəmi 3 partiya həmin bəyanata qoşulmadı. Biz yaxşı xatırlayırıq ki, Ə.Kərimli 44 günlük Vətən müharibəsindən əvvəl Azərbaycan əleyhinə çirkin kampaniya apararaq “bu iqtidar torpaqları işğaldan azad edə bilməyəcək” deyirdi. Vətən müharibəsində möhtəşəm qələbə qazandıqdan sonra “Ermənistan kapitulyasiyaya imza atmayıb, bəs Ağdam, Laçın, Kəlbəcər, Xankəndi necə olacaq” deməyə və qələbəni “yarımçıq” adlandırmağa başladı.
İndi isə AXCP sədri Azərbaycanın suverenliyinin tam təmin olunduğu şəraitdə yeni şou düzəltməyə çalışır. Belə ki, Ə.Kərimli özünün “facebook” səhifəsində yazır ki, “Bəs Zəngəzur dəhlizi necə olacaq? Rusiyanın bizi Ermənistanla müharibəyə qoşmaq şansı hələ də qalırmı? Türkiyə nə deyir bu barədə?” və s. Bunları oxuyarkən, Ə.Kərimlinin özünü siyasətçi adlandırması gülünc olduğu qədər də, kədərlidir. Dövlət başçısının qətiyyətli siyasəti nəticəsində Azərbaycan regionda güc sahibinə çevrilib və öz hədəflərinə nail olur. Ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsindən sonra isə xalqımızla lideri arasında birlik daha da sarsılmaz oldu. Bu amilin qarşısında aciz qalan Ə.Kərimli qeyri-ciddi fikirlər səsləndirməklə guya ictimaiyyətin diqqətini hansısa yarana biləcək “təhlükəyə” yönəltmək istəyir. Amma fərqində deyil ki, bu yanaşması ilə özünə qarşı cəmiyyətdə həm ikrah yaradır, həm də gülüş obyektinə çevirir. Ə.Kərimlinin tez-tez istinad etdiyi “demokratik” Qərbin ermənilər üçün necə səfərbər olunduğu və Azərbaycana qarşı məkrli planlar həyata keçirməyə çalışdıqları hər bir vətəndaşa məlumdur. Belə olan halda, AXCP sədri özünün “erməni sevgisini” həm gizlədə bilmir, həm də sifarişləri haradan aldığını etiraf etmiş olur.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17

