Cari tədris ilində 245 uşaq inklüziv təhsilə cəlb olunub
17.10.2023 [17:00]
2023–2024-cü tədris ilində ölkə üzrə 40 ümumi təhsil müəssisəsində 245 sağlamlıq imkanları məhdud uşaq inklüziv siniflərdə təhsilə cəlb olunub.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqların inklüziv siniflərdə təhsilə cəlb olunması və onların cəmiyyətə inteqrasiyası üçün Elm və Təhsil Nazirliyi tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bu layihələrdən biri də 2021–2022-ci tədris ilindən Təhsil İnstitutunun Elm və Təhsil Nazirliyi və UNICEF ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlı silsilə layihədir. Layihənin məqsədi Azərbaycanda əlilliyi olan uşaqların təhsil hüququnun təminatına dəstək vermək, inklüziv təhsilin keyfiyyətini yüksəltmək və məktəblərdə kadr potensialını gücləndirməkdir.
Sözügedən layihə hazırda 13 region üzrə 38 məktəbdə tətbiq olunur. Cari tədris ilində 55 əlilliyi olan uşaq həmin məktəblərdə inklüziv təhsilə cəlb edilib. Gələcəkdə inklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.
Layihə çərçivəsində inklüziv siniflərdə fəaliyyət göstərən pedaqoji heyət ilə onlara inklüziv tədris-təlim prosesinin təşkilində dəstək olmaq üçün “İnklüziv sinifdə təlimin təşkili” adlı ixtisasartırma təlimləri təşkil edilib. Təlimlərdə inklüziv təhsilin mahiyyəti və əhəmiyyəti, inklüzivliyin əsasları, əlilliyə tibbi və sosial yanaşma, uşaqyönümlü pedaqogika, Universal Öyrənmə Dizaynı, inklüziv pedaqoji fəaliyyətin təşkili kimi mövzular müzakirə olunub, səmərəli inklüziv təhsil üçün məktəb icması, müəllim, valideyn və şagirdlərarası əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bundan başqa, məktəb heyəti və müvafiq siniflərin şagird və valideynlərində inklüziya mədəniyyətini formalaşdırmaq məqsədilə ayrı-ayrılıqda görüşlər keçirilib. Əlavə olaraq, məktəblərə mentorluq və Fərdi Təlim Planları (FTP) üzrə dəstək göstərilib.
Qeyd edək ki, şagirdlərin inklüziv siniflərə seçimi müvafiq qanunvericilikdə (İnklüziv təhsilin təşkili qaydası) qeyd olunmuş meyarlar əsasında psixoloji-tibbi-pedaqoji komissiyalar (PTPK) tərəfindən həyata keçirilir. Bu fəaliyyətlərində komissiya üzvlərinə dəstək olmaq üçün inklüziv təhsil və inklüzivlik, şagirdlərin müəyyənləşdirilməsi meyarları, müvafiq qanunvericilik, PTPK-nın inklüziv təhsildə rolu kimi mövzuları əhatə edən görüş və təlimlər təşkil olunub.
Xəbər lenti
Hamısına baxDünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42

