Dünya mediası Xankəndidən yazır!
18.10.2023 [10:36]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Xankəndiyə, həmçinin Qarabağın digər rayon və şəhərlərinə səfəri, orada ölkəmizin üçrəngli Bayrağını ucaltması və çıxışında səsləndirdiyi fikirlər dünya mediası tərəfindən geniş işıqlandırılıb.
Türkiyənin Anadolu Agentliyi, “TRT Haber”, “NTV”, Haber Global, “Hürruyet”, “CNN türk”, “İHA”, “Sözcü”, “Habertürk”, “YeniAkit”, “Yeniçağ”, “Sabah” və bir çox digər media qurumları tərəfindən yayımlanan xəbərlər “Xankəndidə Azərbaycan Bayrağı ucaldıldı”, “Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Bayrağını Xankəndidə və Xocalıda qaldırıb” kimi başlıqlarla verilib.
Materiallarda Azərbaycanın Qarabağdakı erməni silahlı qruplaşmalarına qarşı apardığı qətiyyətli mübarizənin qələbə ilə nəticələnməsi, bunun ardınca Prezident İlham Əliyevin oktyabrın 15-də bölgənin mərkəzi şəhəri olan Xankəndidə Azərbaycan Bayrağını ucaltmasından söz açılıb. Bunun tarixi hadisə kimi mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
İlham Əliyevin Xankəndidə Dövlət Bayrağını ucaltması və çıxışı Rusiya KİV-lərinin də diqqət mərkəzində olub. “Moskovski komsomolets” nəşri bu xəbəri Azərbaycan Prezidentinin rəsmi saytına istinadla yayıb. Eyni zamanda, nəşr Prezident İlham Əliyevin Ağdərədə də Azərbaycan Bayrağını ucaltdığını qeyd edib.
Rusiya Dövlət Dumasının rəsmi nəşri olan “Parlamentskaya qazeta” xatırladır ki, Azərbaycan Ordusu sentyabrın 19-da antiterror tədbirləri keçirib və nəticədə sentyabrın 28-də qondarma “Dağlıq Qarabağ respublikası”nın buraxılması barədə sənəd imzalanıb.
20 illik düşünülmüş siyasətin uğurlu nəticəsi
Milli Məclisin üzvü Tahir Rzayev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə, Ağdərədə, Xocavənddə, Xocalıda və işğaldan azad olunmuş digər ərazilərimizdə Azərbaycan bayrağını ucaltması və Xankəndidəki çıxışının dünyanın bir çox mətbuat orqanlarında, kütləvi informasiya vasitələrində işıqlandırılması təsadüfi deyil. Prezidentimizin söylədiyi kimi bu hadisələr Azərbaycan xalqının onillər ərzində olan arzularının çin olması, ləyaqətinin bərpa edilməsidir. Çünki Azərbaycan xalqı 30 ildir bu günü gözləyirdi və torpaqlarımızın azad edilməsi, Xankəndidə, Şuşada, eləcə də digər işğal altında olan torpaqlarda bayraqlarımızın ucaldılması xalqımızın ən müqəddəs istəyi idi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan bu arzuları, bu istəkləri həqiqətə çevirdi. Çox fərəhli və qürurverici haldır ki, bu hadisələr həmin ərazilərdə bayraqların dalğalandırılması, ucaldılması, ölkə rəhbərinin 20 illik fəaliyyətinə yekun vurulduğu bir günə təsadüf etdi və bu çıxışı ilə İlham Əliyev sanki 20 illik fəaliyyətinin hesabatını verdi. Çünki o uzun illər işğal altında olan torpaqları azad etmiş, Ulu Öndərimizin, şəhidlərimizin ruhunu şad etmişdi. Öz yurd yuvalarından didərgin salınan, olmazın bəlalara düçar olan insanların yarasına acılarına bir məlhəm qoymuşdu.
Əlbəttə ki, bu uğurlar asan qazanılmamışdı və Prezidentin 20 ildə həyata keçirdiyi planların, düşünülmüş siyasətin, eləcə də dünya ölkələri ilə qurulan münasibətlərin Vətənə, torpağa, xalqa bağlılığın bir nəticəsi idi. Ölkə rəhbəri bu sədaqəti, bu uzaqgörənliyi, bu humanizmi bir daha öz çıxışında ifadə etdi və bildirdi ki, 44 günlük müharibə, 23 saatlıq antiterror tədbirləri Azərbaycan xalqının başını ucaltdı. Azərbaycan ordusunun, Azərbaycan əsgərinin, Azərbaycan vətəndaşın nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Məhz bu səbəbdən Azərbaycan Prezidentinin dedikləri dünya ictimaiyyəti və mediası tərəfindən rəğbətlə qəbul edilir”.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxHadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35

