Regiondankənar oyunçular...
25.10.2023 [10:38]
E.Əmirbəyov: Cənubi Qafqaz ölkələri regional məsələlərin həllində əsas rol oynamalıdır
“Ötən gün Tehranda keçirilən nazirlərin görüşündə “3+3” formatının iştirakçıları konsensusa gəliblər ki, məhz region ölkələrinin regional problemlərinin həllində əsas rol oynaması lazımdır və bu mənada biz bu strateji əhəmiyyətli regionun gələcəyinin formalaşdırılmasında aidiyyət və iştirak hissimizi gücləndirmək niyyətindəyik”.
Bunu BBC radiosunun canlı efirində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
“Bu mənada ölkələrin kənar oyunçuların regionun işlərinə zərərli xarici müdaxiləsinə qarşı çıxması təbiidir. Regiondankənar oyunçular çox vaxt öz mənfur daxili siyasətlərinə və maraqlarına əsaslanan “reseptləri”ni zorla Cənubi Qafqaz ölkələrinə qəbul etdirməyə çalışırlar”, - o vurğulayıb.
E.Əmirbəyov xatırladıb ki, məsləhətçi regional platformanın yaradılması ideyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra irəli sürülüb: “Bu təşəbbüsün məqsədi fəal regional əməkdaşlıq üçün mövcud ciddi potensialdan istifadə etməkdir. Söhbət Cənubi Qafqazın üç dövləti ilə onların ən yaxın qonşuları - Türkiyə, Rusiya və İran arasında ticarət, nəqliyyat kommunikasiyaları, enerji təhlükəsizliyi, mədəniyyət, elm və s. kimi perspektivli sahələrdə əməkdaşlıq və praktiki qarşılıqlı fəaliyyətdən gedir”.
Onun sözlərinə görə, Fransa BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı, Avropa Parlamenti və hətta Beynəlxalq Frankofoniya Təşkilatı kimi beynəlxalq qurumlardakı aparıcı rolundan sui-istifadə edir və bu məqam Azərbaycana münasibətdə açıq şəkildə özünü büruzə verir: “Təəssüf ki, Paris qərəzli, birtərəfli və açıq şəkildə anti-Azərbaycan təşəbbüslərini daim irəli sürməklə, öz daxili siyasi gündəminin girovuna çevrilir. Bununla bu ölkə təkcə öz nüfuzuna deyil, həm də Avropa İttifaqının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında mümkün vasitəçi kimi reputasiyasına xələl gətirir”.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Fransadan Ermənistana böyük miqdarda silah və texnikanın tədarükünə də münasibət bildirib:
“Fransa qarşıdurma və Cənubi Qafqaz regionunun daha da hərbiləşdirilməsi yolu ilə gedir. Bununla Paris regionla bağlı siyasətinin təhlükəli və kifayət qədər proqnozlaşdırıla bilən nəticələrini tamamilə görməzdən gəlir”, - o əlavə edib.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

