Milli brendimiz...
02.11.2023 [10:51]
Xarici ölkələrin “ASAN xidmət” təcrübəmizə ehtiyacı var
Ölkəmizdə elektron hökumət sahəsində əhəmiyyətli irəliləyişlər əldə olunmağa davam edir. Şəffaflığın və ictimai xidmətlərin səmərəliliyinin artırılması hökumətin qarşısında duran əsas hədəflərdəndir. Bu sahədə fəaliyyətini vətəndaşların vaxtlarına qənaət etməklə rahat və nəzakətli davranış mühiti əsasında yaradılan “ASAN xidmət” mərkəzlərini xüsusi qeyd edə bilərik. Məlumdur ki, bu xidmət vətəndaşlara keyfiyyətli və şəffaflıq prinsipləri əsasında fəaliyyət göstərir. “ASAN xidmət” əhalinin inamını və rəğbətini qazanmaqla yanaşı, ölkə hüdudlarından kənarda da kifayət qədər tanınır və öyrənilir.
Bu günlərdə Xorvatiya “ASAN xidmət” modelinin tətbiqi üçün müraciət edib. Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Xorvatiya Respublikasının ədliyyə və dövlət idarəçiliyi naziri İvan Malenitsanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
Qonaqlara Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən “ASAN xidmət” mərkəzləri barədə məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
“ASAN xidmət”də asan idarəçiliyin tətbiqi...
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü İlham Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında Xorvatiyanın ölkəmizin təcrübələrindən yiyələnməsini yüksək qiymətləndirib: “Prezidentin bütün çıxışlarının, müsahibələrinin mahiyyətində dayanan əsas məsələlərdən biri şəffaflığın təmin olunması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə əldə olunan nəticələrdir. Hər bir ölkənin bütün sahələr üzrə inkişafında məmur-vətəndaş münasibətləri böyük rol oynayır. Məmur-vətəndaş münasibətlərinin şəffaflığı, məmurların öz fəaliyyətlərində vətəndaş məmnunluğunu əsas hədəf kimi müəyyənləşdirməsi mühüm amildir. Bu, həm ölkəmizin dayanıqlı inkişafının təminatıdır, həm də sabitliyin güclənməsinə xidmət edən vacib amillərdən biridir. Ölkə Prezidenti vətəndaşlarla münasibətdə şəffaflığın artırılmasını, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsini və vətəndaş məmnunluğunun təmin olunmasını məmurlar qarşısında ən vacib vəzifələr kimi müəyyənləşdirib. Yeniliyə, təkmilləşməyə daha çox meyilli olan ölkəmizdə Azərbaycan brendi kimi nüfuz qazanan “ASAN xidmət” modelində asan idarəçiliyin tətbiqi sözlə əməl arasında olan vəhdətin bariz nümunəsidir”.
Azərbaycan təcrübəsinə ehtiyac duyulur...
Deputat bildirib ki, Xorvatiyanın “ASAN xidmət” modelinin tətbiqi üçün müraciət etməsi xarici ölkələrin bu sahədə Azərbaycan təcrübəsinə ehtiyac duyduğunu sübut edir: “ASAN xidmət” Azərbaycan brendi olaraq dünyada ilk dəfə ölkəmizdə tətbiq olunub. Hazırda bu tətbiq dünyada uğurlu, sınanılmış Azərbaycan təcrübəsi kimi tanınır, ona böyük maraq göstərilir. Müxtəlif ölkələr bu sistemin öyrənilməsi və tətbiqi üçün Azərbaycanla əməkdaşlıq edir. Təbii ki, bütün bunlar hər birimiz üçün sevindirici, bir o qədər də qürurlu haldır”.
Vətəndaşların alternativsiz seçimi...
İqtisadçı Fuad İbrahimovun sözlərinə görə, “ASAN xidmət” mərkəzlərinin yaradılması xidmət sektorunda şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizədə uğurlu təcrübə oldu: “Vətəndaş müraciətlərinin operativ, vaxt itkisinə yol vermədən, keyfiyyətli kommunikasiya qurmaqla cavablandırılması təbii ki, bu mərkəzləri vətəndaşların alternativsiz seçiminə çevirdi. Keyfiyyətli xidmət buraya gələnlərin sayının durmadan artması ilə nəticələndi. Bu baxımdan bir çox xarici ölkələrin “ASAN” xidmət modelinin təcrübəsindən yararlanması təsadüfi deyil.
İntellektual potensiala malikik...
İqtisadçı qeud edib ki, “ASAN xidmət” Azərbaycan intellektinin məhsulu olan milli brendimizdir: “Gələcəkdə elektron hökümət modelinin inkişaf etdirilməsi digər sahələrdə də daha innovativ həllərin tapılmasına gətirib cıxaracaq. Sosial xidmətlərin intensiv elektronlaşması artıq sosial sifarişdir. Müasir çağırışlara uyğunlaşmaq üçün lazım olan intellektual potensiala malikik”.
Y.SAHİB
Xəbər lenti
Hamısına baxSosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22

