Beynəlxalq təşkilatların ertədiyini Azərbaycan reallaşdırır
03.11.2023 [10:29]
Qarabağ minalardan sürətlə təmizlənir
Günel ABBAS
Ermənilərin Qarabağ bölgəsində, eyni zamanda, ona yaxın olan ətraf ərazilərdə mina və partlamamış hərbi-sursat basdırmasından Azərbaycan bu gün də əziyyət çəkməkdədir. İstər müharibə, istərsə də postmüharibə dövründə ermənilər minalarla bağlı çirkin əməllərindən əl çəkməyiblər. Ancaq xüsusilə də “Böyük Qayıdış” prosesini reallaşdırmaq üçün Azərbaycan Qarabağda minatəmizləmə işlərini sürətləndirməyi və tez zamanda yaşayış məskənləri kimi istifadə ediləcək ərazilərdə prosesi yekunlaşdırmağı prioritet məsələ hesab edir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik, aylıq, illik məlumatlar açıqlayaraq prosesin dinamik şəkildə irəlilədiyini diqqətə çatdırır.
Yeri gəlmişkən, oktyabrın 1-dən 31-dək Kəlbəcər, Tərtər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 767 mina, tank əleyhinə 928 mina və 8537 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ay ərzində 6687,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bütün çağırışlara baxmayaraq, Ermənistan postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərin dəqiq xəritələrini Azərbaycana verməyib: “Ermənistanın həyata keçirdiyi mina terroruna özlərini dünyaya sülh carçısı kimi təqdim edən beynəlxalq təşkilatların laqeyd münasibət göstərməsi bu gün ölkə ictimaiyyətində qıcıq doğurur. Haqlı olaraq hər kəs “beynəlxalq təşkilatlar öz öhdəliklərini yerinə yetirməyəcəklərsə, niyə mövcuddurlar” sualı ətrafında düşünür. Ermənistan Qarabağda işğal dövründə və ondan sonra basdırılan minalarla bağlı dəqiq xəritələri saxlamaqla beynəlxalq hüquqi aktların tələblərini kobud şəkildə pozur. Beynəlxalq humanitar hüquqa görə, işğalçı ölkə zəbt etdiyi ərazilərdə məskunlaşma siyasəti həyata keçirə, mülki insanların yaşadığı əraziləri minalaya, dağıntı işləri apara bilməz”.
Ç.Qənizadə vurğulayıb ki, minatəmizləyənlər Qarabağın əsas yerlərini ölümsaçan bəladan sürətlə təmizləyir, iri şəhərlərdə infrastrukturun bərpasına, insanların qayıdışına nail olmaq istiqamətində ümidli addımlar atılır: “Getdikcə daha geniş ərazilər təhlükədən xilas ediləcək, infrastruktur planlı surətdə bərpa ediləcək. Qadağan olunan sahələr isə qalacaq, işarələrlə göstəriləcək, çünki minaların tam təmizlənməsinə illər lazımdır. Azərbaycan indiyədək, əsasən, kommunikasiyaların keçdiyi sahələri, kənd təsərrüfatı təyinatlı sahələri minalardan təmizləyib. Bununla, “Böyük Qayıdış”ın tam şəkildə reallaşması üçün geniş meydan açılmaqdadır”.
Ç.Qənizadənin sözlərinə görə, Azərbaycan Ermənistanın həyata keçirdiyi mina terroruna laqeyd münasibət göstərən beynəlxalq təşkilatlara hər nə qədər baş verən partlayışlar, insan itkiləri ilə bağlı məlumat versə də, beynəlxalq təşkilatlar Ermənistanın hərbi cinayətlərinə göz yumur: “Halbuki, ortada bir sıra hüquqi aktlar və həmin o təşkilatların üzərinə götürdüyü öhdəliklər var. Regionda sülh və əminamanlıq istəyirik deyən beynəlxalq təşkilatlar vaxtında öz öhdəliklərini yerinə yetirsəydi, təcavüzkara təzyiq göstərsəydi, nə müharibə olar, nə də mina partlayışı nəticəsində həlak olanların statistikası hər keçən gün bir az daha artardı. Beynəlxalq təşkilatların işi təkcə mina partlayışı, terror hücumları, müharibələr nəticəsində həyatını itirmiş və yaralanmış şəxslərin illik hesabatını hazırlamaqdan, standart bəyanatlar verməkdən ibarət deyil axı. “Sülh istəyən” güclər regionda sülhə əngəl olan qüvvələrin zərərsizləşdirilməsində Azərbaycana dəstək olmaq istəmirlər. Halbuki, ermənilərin təhlükəsizliyi ilə bağlı şişirdilmiş və uydurulmuş bir təhdid müzakirə mövzusu olan kimi ard-arda bəyanatlar verirlər”.
O, deyib ki, bütün beynəlxalq təşkilatlar mina xəritələrinin təhvil verilməsi üçün Ermənistana təzyiq göstərməməkləri bir yana, minalanmış ərazilərin təmizlənməsi ilə bağlı da Azərbaycana dəstək göstərmir. Əslində, onların bu riyakarlığı bizim üçün təəccüblü hadisə deyil: “30 illən çoxdur biz beynəlxalq təşkilatların yeritdiyi ikili standartların şahidi olmuşuq. Ancaq bu bizi ruhdan salmamalıdır. Erməni vandalizmini özündə əks etdirən hər bir faktı aktlaşdırıb beynəlxalq təşkilatlara göndərməliyik ki, haqq davamızdan vaz keçmədiyimizi görsünlər. Əgər bu təşkilatlar regionda uzunmüddətli sülhdə maraqlıdırsa, o zaman Ermənistanın hərbi-siyasi rəhbərliyinə təzyiq göstərərək həqiqi mina xəritələrinin Azərbaycana təhvil verilməsinə zəmin yaratsınlar. Ermənilər öz öhdəliklərini yerinə yetirib, müharibə cinayətlərindən əl çəkməyənə qədər regionda uzunmüddətli sülhdən söhbət gedə bilməz”.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
06 Dekabr 20:28

Siyasət
06 Dekabr 18:14

Siyasət
06 Dekabr 17:01

Dünya
06 Dekabr 16:20

Xəbər lenti
06 Dekabr 15:45

Xəbər lenti
06 Dekabr 15:31

Xəbər lenti
06 Dekabr 15:05

Xəbər lenti
06 Dekabr 15:04

Siyasət
06 Dekabr 14:21

Xəbər lenti
06 Dekabr 13:56

Xəbər lenti
06 Dekabr 13:44

Xəbər lenti
06 Dekabr 13:29
.jpg&width=120)
Xəbər lenti
06 Dekabr 13:26

Xəbər lenti
06 Dekabr 13:20

Mədəniyyət
06 Dekabr 13:08

Xəbər lenti
06 Dekabr 13:04

Mədəniyyət
06 Dekabr 12:44

Xəbər lenti
06 Dekabr 12:06

Xəbər lenti
06 Dekabr 11:57

Xəbər lenti
06 Dekabr 11:49

Siyasət
06 Dekabr 11:47

Xəbər lenti
06 Dekabr 11:45

Xəbər lenti
06 Dekabr 11:40

Xəbər lenti
06 Dekabr 11:38

Siyasət
06 Dekabr 11:27
.jpg&width=120)
Xəbər lenti
06 Dekabr 11:25

Sosial
06 Dekabr 11:23

Xəbər lenti
06 Dekabr 11:21

Xəbər lenti
06 Dekabr 11:18

Xarici siyasət
06 Dekabr 11:13

Siyasət
06 Dekabr 11:10

Xəbər lenti
06 Dekabr 11:08

Siyasət
06 Dekabr 11:05

İqtisadiyyat
06 Dekabr 11:00

Xəbər lenti
06 Dekabr 10:57

Xəbər lenti
06 Dekabr 10:55

İqtisadiyyat
06 Dekabr 10:52

Gündəm
06 Dekabr 10:45

Xəbər lenti
06 Dekabr 10:44

Xəbər lenti
06 Dekabr 10:42

MEDİA
06 Dekabr 10:42

Gündəm
06 Dekabr 10:40

Xəbər lenti
06 Dekabr 10:35

Xəbər lenti
06 Dekabr 10:33

Siyasət
06 Dekabr 10:30

Siyasət
06 Dekabr 10:21

Siyasət
06 Dekabr 10:20

Gündəm
06 Dekabr 10:16

Siyasət
06 Dekabr 10:10

Xəbər lenti
06 Dekabr 10:00

Xəbər lenti
06 Dekabr 09:47

Xəbər lenti
06 Dekabr 09:24

Xəbər lenti
06 Dekabr 09:22

Siyasət
06 Dekabr 00:06

Xəbər lenti
05 Dekabr 22:53

Xəbər lenti
05 Dekabr 21:37

Xəbər lenti
05 Dekabr 21:00

Xəbər lenti
05 Dekabr 19:50

Xəbər lenti
05 Dekabr 19:13

Xəbər lenti
05 Dekabr 17:40

Siyasət
05 Dekabr 17:22

Xəbər lenti
05 Dekabr 17:21

Xəbər lenti
05 Dekabr 16:23

Xəbər lenti
05 Dekabr 15:44

Xəbər lenti
05 Dekabr 15:19

Xəbər lenti
05 Dekabr 15:14

Xəbər lenti
05 Dekabr 15:04

Xəbər lenti
05 Dekabr 14:55

Xəbər lenti
05 Dekabr 14:45

Xəbər lenti
05 Dekabr 14:32
