Ən uca, ən ali...
08.11.2023 [11:00]
9 Noyabr Dövlət Bayrağı Günüdür!
Y.SAHİB
“Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim”.
(Bəxtiyar Vahabzadə)
Elə bir adam ola bilməz ki, mənsub olduğu dövlətinin bayrağını görüb qəlbində qürur, mənliyində iftixar hiss etməsin. Bəlkə də mübaliğəsiz demək olar ki, insanlar dünyada bütün zirvələrdən, yüksəkliklərdən daha çox dövlət bayraqlarının ucalığına xüsusi sevgi ilə yanaşırlar. Bayraq ucalıqdır, milli heysiyyətdir, vətəndaşlıq qürurudur. Bayraq millət, dövlət, milli mənlik deməkdir.
Bayraq dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin, mənəvi dünyasının göründüyü ən şəffaf və dəqiq meyardır. Üçrəngli bayrağımız Azərbaycan xalqının azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edir. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yadigarı olan bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir. Dövlət rəmzləri dövlətçilik əlaməti olmaqla, ölkənin tarixi keçmişlərindən gələn və gələcəyə istiqamətlənən özünəməxsusluğu əks etdirir.
Dövlət yaradan xalq ilk növbədə onun atributlarını təsis edir ki, fərqli, həm də xüsusi siması olsun. Milli rəmzlər elə aktual mövzudur ki, hətta dövlət yaratmamış, lakin buna can atan xalqların, mübarizəni sivil yolla aparan zaman öz atributları mövcuddur. Çünki atribut istər xalqın, istərsə də təsis edilən hər hansısa qurumun mübarizə simvoludur. Azərbaycan Respublikasının dövlətçilik rəmzlərinin birincisi Dövlət bayrağıdır.
AXC-nin qaldırdığı müstəqillik rəmzi...
Üçrəngli Dövlət Bayrağımız
Şərqdə ilk parlamentli, demokratik respublika olan AXC-nin dövründə qaldırılıb. 1918-ci il noyabrın 9-da Dövlət Bayrağı haqqında məsələyə baxan AXC hökuməti mavi, qırmızı və yaşıl rənglərdən, ağ aypara və səkkizbucaqlı ulduzdan ibarət olan bayrağı AXC-nin Dövlət Bayrağı olaraq qəbul edib. Üstündə ay-ulduz nişanəsi olan bayrağımızın rənglərindəki məzmunda xalqımızın milli ideologiyası və mənliyi təcəssüm tapır. Dövlət Bayrağımızdakı mavi rəng türklüyümüzü, qırmızı rəng azadlıq və istiqlaliyyəti, demokratiya və insan hüquqlarını, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluq anlamını ifadə edir.
Xalqımızın ülvi arzusu gerçəkləşdi...
30 illik münaqişə dövründə hər bir azərbaycanlının qəlbində bir müqəddəs arzu var idi: Üçrəngli bayrağımızı Qarabağımızda, Şuşamızda dalğalandırmaq! Prezident İlham Əliyevin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi uğurlu diplomatiya və hərbi quruculuq siyasəti bu ülvi arzunu, prinsipial məqsədi gerçəkləşdirdi. Bu gün Şuşada dalğalanan üçrəngli bayrağımız Azərbaycanın suverenliyinin rəmzidir. Nə qədər Azərbaycan dövləti var, nə qədər Azərbaycan xalqı var, üçrəngli bayrağımız həmişə inamla dalğalanacaq...
Xəbər lenti
Hamısına baxMaraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33

