Təmiz dünya üçün eko çantalardan istifadə edin!
08.11.2023 [12:46]
M.BAYRAMLI
Xəbər verdiyimiz kimi, Azərbaycanda bu ilin fevral ayının 15-dən etibarən alış-veriş zamanı istifadə edilən polietilen torbaların pulla satışına başlanılıb. İri ölçülü polietilen torbalar 5 qəpiyə, daha kiçik ölçülü torbalar isə 3 qəpiyə satılır. Məqsəd polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaqdır. Ümumiyyətlə, sözügedən qərar nə dərəcə effektiv oldu? Nəticədə torbalardan istifadə orta hesabla 30-40% azalıb. Bəzi ticarət məntəqələrində bu göstərici hətta 60%-ə yaxın olub. Buna baxmayaraq, əksər insanlar hələ də məsuliyyətsiz yanaşır. Müşahidələr göstərir ki, alıcıların heç biri özləri ilə kağız və parça torbalar gətirmir. Nəzərə almaq lazımdır ki, polietilen torbaların ətraf mühiti çirkləndirməsi və yüzillər ərzində torpağın altında qalması kimi zərərləri var. Mütləq şəkildə onların yerini ekoçantalar almalıdır. Üzvi pambıq, jüt və ya təkrar emal edilmiş plastik kimi ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış təkrar istifadə edilə bilən çantadır. Bir düşünün, ekoçantadan orta hesabla 104 dəfə istifadə etmək mümkündür. Bu isə təxminən 300 plastik torbanın istifadəsinin qarşısını almaq deməkdir. Polietilen torbalar birdəfəlik və ətraf-mühiti çirkləndirmək xüsusiyyətinə malikdirsə, eko çantalar isə daha davamlı və uzun müddətli istifadəyə yararlıdır. Həm təbiəti qorumuş, həm də pulumuza qənaət etmiş olarıq.
Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəfələrlə bununla bağlı aksiyalar keçirilib, hətta 3 iyul - Beynəlxalq polietilen paketsiz gününə həsr olunub. Bir sözlə, hər kəsi tullantıların təkrar emalına dəstək olmağa, eyni zamanda plastik torbalar əvəzinə çoxistifadəlik ekoçantalardan istifadəyə səsləyirik.
Xəbər lenti
Hamısına baxDünya
25 May 10:18
Dünya
25 May 09:54
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13

