Laçın sərhəd-buraxılış məntəqəsində sərnişin keçidinin tikintisinə başlanılıb
16.11.2023 [14:02]
Torpaqlarımızın azad edilməsi nəticəsində ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat-logistika dəhlizləri üzrə geniş imkanlar yaranıb.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.
DGK sədri qeyd edib ki, İpək Yolunun bərpası hesab edilən Orta Dəhlizin qlobal perspektivlərinin önə çəkilməsi, bu zaman iqtisadi səmərəlilik və daşımaların optimallaşdırılması kimi vacib amillərin nəzərə alınması hazırda qarşımızda duran ən əhəmiyyətli məsələlərdəndir. Əlavə edib ki, Transxəzər Gömrük Tranzit Portalının yaranması yüklərin tranzit ölkələrin ərazisindən sürətli keçidini təmin edən, quru və dəniz limanları arasında multimodal daşımalar üçün səmərəli nəzarətə şərait yaradan Şərqlə Qərbin Xəzər üzərində rəqəmsal qovşaq mexanizmi olacaqdır.
Eyni zamanda, Şimal-Cənub dəhlizi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, hazırda Azərbaycan Respublikası, Rusiya Federasiyası və İran İslam Respublikasının gömrük orqanları arasında ilkin məlumat mübadiləsinin tətbiqi üzrə müvafiq işlər aparılır.
Ş.Bağırov qeyd edib ki, ölkəmizin tranzit potensialının inkişaf etdirilməsi məqsədilə Avropa İttifaqının Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi də Dövlət Gömrük Komitəsinin Gömrük İnkişaf Modelinin planlaşdırılan layihələrinə daxil edilİB. Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqi Azərbaycan iqtisadiyyatının Avropa ölkələrinin iqtisadiyyatına inteqrasiyası üçün yeni imkanlar yaradacaq, tərəflər arasında ticarətin asanlaşdırılmasını təmin edəcək və idxal-ixrac əməliyyatlarına müsbət təsir göstərəcək.
Eyni zamanda, ticarətin asanlaşdırılması məqsədilə gömrük xidməti risklərinin idarəolunmasında ən müasir riyazi alqoritmlərə əsaslanan, maşın öyrənməsi və süni intellekt əsaslı risk modellərinin qurulması istiqamətində işlər görüb və mühüm uğurlar əldə edib. Belə ki, yaxın zamanda tətbiqinə başlanılacaq Avtomatlaşdırılmış Risk Analiz Sistemi sərhədkeçmə və gömrük rəsmiləşdirilməsinə sərf olunan müddət və xərcləri minimuma endirərək idxal-ixrac, o cümlədən tranzit əməliyyatlarında öz müsbət töhfəsini verəcək.
Onun sözlərinə görə, ölkənin gömrük sərhədlərindən keçən malların və nəqliyyat vasitələrinin dövriyyəsi üzrə müşahidə olunan artıma cavab olaraq mövcud dövlət sərhədindən buraxılış məntəqələrinin yenidənqurulması və müasir tələblərə cavab verən infrastrukturun yaradılması məqsədilə müvafiq işləri aparılır.
DGK sədri onu da vurğulayıb ki, hazırda Astaraçay çayı üzərində yeni inşa edilmiş körpünün qarşısında avtomobil yolu üzərində müvəqqəti modul tipli dövlət sərhəd-buraxılış məntəqəsinin tikinti quraşdırma işləri sürətlə davam etdirilir və qısa müddət ərzində işlərin tamamlanması planlaşdırılır: “Eyni zamanda Azərbaycan ilə İran arasında dövlət sərhədində Araz çayı üzərində Zəngilan rayonunun Ağbənd qəsəbəsində yeni avtomobil körpüsünün və multifunksional dövlət sərhədindən buraxılış məntəqəsinin tikintisi ilə əlaqədar layihələndirmə işləri aparılır. Hazırda Laçın rayonu ərazisində dövlət sərhədindən buraxılış məntəqəsində sərnişin keçidinin tikintisinə başlanılıb”.
Xəbər lenti
Hamısına baxDünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32

