Qərbi Azərbaycan İcması ABŞ-ı etnik qərəzə son verməyə çağırıb
16.11.2023 [17:37]
Qərbi Azərbaycan İcması ABŞ Konqresində keçirilən növbəti anti-Azərbaycan tədbiri ilə bağlı bəyanat yayıb.
AZƏRTAC bəyanatı təqdim edir: "Ənənəvi olaraq, Azərbaycan xalqına düşmən münasibəti bəsləyən ABŞ Konqresində növbəti bir anti-Azərbaycan tədbir keçirilmişdir. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində “Dağlıq Qarabağın gələcəyi” kimi təxribatçı başlıq altında keçirilmiş dinləmə Konqresin səlibçi mentalitetini, korrupsiyaya uğramış bu strukturun insan hüquqlarına zidd və etnik ayrı-seçkilik yanaşmasını faş etmişdir.
Dinləmələrdə çıxış etmiş həm hökumət rəsmiləri, həm də konqresmenlər regionda sülhə maneə törədən və düşmənçiliyi qızışdıran bəyanatlar vermişlər. Açıq-aydın görünür ki, ABŞ Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi ilə bölgədə yaranmış sülh imkanından ciddi şəkildə narahat olub. ABŞ rəsmilərinin verdikləri bəyanatların desktruktiv olması onun beynəlxalq hüquqa zidd, böhtan və etnik ayrı-seçkilik xarakteri daşıyan məzmunundan aydın olur.
İlk öncə qeyd edək ki, 300 mini Ermənistandan olmaqla bir milyondan artıq azərbaycanlının zorla öz evlərindən qovulmasına, Ermənistanın azərbaycanlılara qarşı çoxsaylı kütləvi qətliam və digər insanlıq əleyhinə törətməsinə baxmayaraq, ABŞ Konqresi bir dəfə də olsun azərbaycanlılarla bağlı dinləmə keçirməmişdir. Bu azmış kimi, ABŞ Konqresi azərbaycanlıların Ermənistandan kütləvi qovulmaqda olduğu 1988-ci ildə anti-Azərbaycan qətnamələr qəbul edərək, faktiki olaraq Ermənistanın törətdiyi etnik təmizləməyə və insanlıq əleyhinə cinayətlərə dəstək vermişdir. Üstəlik, 1992-ci ildə bədnam 907-ci düzəlişi qəbul edərək, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi işğala və işğal edilmiş Azərbaycan ərazilərindən yüz minlərlə azərbaycanlının qovulmasını dəstəkləmişdir.
Uzun illər “yaxşı polis, pis polis” oyununu oynayan ABŞ Konqresi və hökumətinin maskası yırtılmışdır. ABŞ hökuməti özünün Azərbaycanofob siyasətini ifadə etmək üçün daha R.Menendez kimi məxluqlara ehtiyac duymur. Dinləmədə ABŞ Dövlət Departamentinin əməkdaşı Ceyms O’Brayn Azərbaycana qarşı nifrət dolu çıxışı ilə R. Menendez, A.Şiff kimilərini geridə qoyumuşdur.
Yarandığı gündən demək olar ki, fasiləsiz olaraq müharibə aparan, xarici dövlətlərin ərazi bütövlüyünə və müstəqilliyinə qarşı güc tətbiq edən, on milyonlarla insanı qətlə yetirən bir dövlətin nümayəndəsinin Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməsini tənqid etməsi hiddət doğurur. Hərçənd faydası olmasa da, cənab O’Brayna xatırlatmaq istərdik ki, BMT Nizamnaməsində qadağan olunmuş güc tətbiqi dövlətlərin ərazi bütövlüyünə qarşı olandır ki, onunla da Ermənistan və ABŞ-ın özü məşğul olur.
ABŞ tərəfi nəinki Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində həyata keçirdiyi tədbirlərə dəstək verməlidir, hətta bu tədbirlər zamanı mülkilərin zərər görməsini necə önləməsindən dərs çıxarmalıdır. Keçirdiyi hərbi əməliyyatlar zamanı günahsız insanların həyatına və mülki infrastruktura heç bir dəyər verməyən ABŞ tərəfinin bu məsələdə Azərbaycandan öyrənməli olduğu çox şey var.
Vaxtilə öz ehtiyacına görə 907-ci maddənin qüvvəsini dayandırmış ABŞ hökumətinin indi həmin bəndi yenə tətbiq etməsi vaxtilə terror hücumuna məruz qalmış ABŞ-a çətin günlərində dayaq durmuş Azərbaycanın ictimaiyyətində bu ölkəyə inamı dərindən sarsıtmışdır. Baş verənlər onu göstərir ki, ABŞ qarşılıqlı hörmət və etimada əsaslanan uzunmüddətli tərəfdaşlıq aparmaq iqtidarında deyil.
O’Brayanın Azərbaycanın İran İslam Respublikası vasitəsilə Naxçıvan Muxtar Respublikasına nəqliyyat imkanlarını inkişaf etdirmək istiqamətində səyləri ilə bağlı şərh verməsi Azərbaycanın suverenliyinə və daxili işlərinə qarışmaqdır.
907-ci maddənin tətbiqi, siyasi dialoq və əməkdaşlığın məhdudlaşması ilə Azərbaycanın mövqeyinə təsir etməyə çalışan ABŞ hökuməti bilməlidir ki, səlibçi yanaşmadan, qərəz və hikkədən irəli gələrək, düşünülməmiş addımlar atması ilk növbədə ABŞ-ın özünə ziyandır.
Bütün bunlar sübut edir ki, sülhü təşviq etmək adı altında regionda öz mənfur planlarını həyata keçirməyə çalışan ABŞ əslində sülhün əldə edilməsinə qarşı çıxır.
ABŞ hökuməti regionda cərəyan edənlərdən düzgün nəticə çıxarmalı, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə meydana çıxan unikal sülh imkanının reallaşmasına mane olmamalıdır.
Biz ABŞ hökumətini etnik qərəzinə son verməyə, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmaq hüququna hörmət etməyə çağırırıq".
Xəbər lenti
Hamısına baxDünya
26 May 21:40
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
YAP xəbərləri
26 May 19:28
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01
Hərbi
26 May 13:59
Xəbər lenti
26 May 13:58
Siyasət
26 May 13:56
YAP xəbərləri
26 May 13:55
Xəbər lenti
26 May 13:54
Sosial
26 May 13:53
Sosial
26 May 13:53
Sosial
26 May 13:52
Xəbər lenti
26 May 13:37
İdman
26 May 13:09
Sosial
26 May 12:55
YAP xəbərləri
26 May 12:53
Diaspor
26 May 12:30
YAP xəbərləri
26 May 12:27
Siyasət
26 May 12:27
Siyasət
26 May 12:26
Siyasət
26 May 12:01
YAP xəbərləri
26 May 11:52
Gündəm
26 May 11:51
Gündəm
26 May 11:26
Siyasət
26 May 11:12
Sosial
26 May 11:03
Sosial
26 May 11:02
Siyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32

