Siyasi oyunbazlıq
21.11.2023 [12:11]
ABŞ Konqresinin 907- ci düzəlişi ölkəmizə qarşı ədalətsizliyin ifadəsi olmaqla bərabər, həm də özünü demokratik adlandıran bu dövlətin antidemokratikliyindən, təcavüzkarlara dəstəyindən, çirkin məqsədlərindən xəbər verir.
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
“Noyabrın 15 - də ABŞ Konqresinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirilmiş dinləmələr və Azərbaycanın əleyhinə səsləndirilən böhtan xarakterli ifadələr bunu deməyə əsas verir. Bu gün Amerika Azərbaycanın inkişafını, beynəlxalq aləmdə artan nüfuzunu və zəfərini qəbul edə bilmir. Halbuki əldə olunan uğurlar beynəlxalq hüququn normalarına, dövlətimizin haqlı mövqeyinə, ədalətli mübarizəsinə əsaslanmış və həyata keçirilmişdir. Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının üzvü, ATƏT - in Minsk Qrupunun həmsədri kimi Azərbaycan həqiqətlərinə, torpaqlarımızın 30 il düşmən tapdağı altında qalmasına, bir milyon insanın öz ata - baba torpaqlarından zorla qovulmasına, yüz minlərlə insanın öldürülməsinə, əsir götürülməsinə, incidilməsinə həmişə biganə olmuş, Təhlükəsizlik Şurasının dörd mühüm qətnaməsinin yerinə yetirilməsinə heç bir təşəbbüs göstərməmişdir. Əksinə 1992 - ci ildə konqres tərəfindən qəbul edilən Azadlığa Dəstək Aktı qanunun 907 bölməsinə edilən düzəlişə əsasən ABŞ tərəfindən Azərbaycana yardım göstərilməsi qadağan olunmuş, torpaqlarımızı işğal edən Ermənistana isə maliyyə yardımı ayrılmışdır. Əlbəttə bu Azadlığa Dəstək Aktı yox, faşizmə, təcavüzkara dəstək aktı idi və işğala məruz qalan ölkəmizin haqlı mövqeyinin tapdalanması idi”, -deyə o, bildirib.
Millət vəkilinin sözlərinə görə, ABŞ dünən həyata keçirdiyi məkrli məqsədini bu gün də davam etdirir: “Suverenliyini bərpa edən, torpaqlarını azğın düşməndən qurtaran, haqqını alan, ədalətsizliyə son qoyan dövlətimizə qarşı yönələn təqiblər, təsirlər, yalan bəyanatlar, dinləmələr Amerikanın rəsmi dairələrinin sülhə, əmin-amanlığa, təhlükəsizliyə yox, müharibələr törətməyə, xalqları əsarət altına almağa xidmət etdiklərini göstərir. ABŞ Senatının noyabrın 15 - də qəbul etdiyi “Ermənistanı müdafiə aktı” da tamamilə anti - Azərbaycan mahiyyəti daşıyır. Ermənistanın Azərbaycandan qorunması və Amerikanın bundan narahatlığı gülünc görünür. Bu sənəd əslində Ermənistanın silahlandırılmasını nəzərdə tutur. Vaşinqiton erməni təcavüzkarlarını yaşatmaq və silahlandırmaq üçün ciddi cəhdlər göstərir. Bu Cənubi Qafqazda sülhə təhdid və müharibəyə rəvac verməkdir. ABŞ və Avropanın bəzi ölkələri, Fransa, Almaniya bilməlidilər ki, Cənubi Qafqazda onlara yer yoxdur. Ermənistanın əli ilə istədiklərinə nail ola bilməyəcəklər. Əksinə bu ölkələr, parlamentlər saxta, heç bir hüquqi əsası və təsir qüvvəsi olmayan qətnamələr, qərarlar qəbul etməklə, bəyanatlar verməklə Ermənistanı məhvə yönəldirlər, ona hərbi və maddi yardım göstərməklə təcavüzkarı müharibəyə qızışdırırlar. Ancaq bütün hallarda Azərbaycan Prezidenti, ordumuz və xalqımız düşmənlərimizə layiqli cavab verməyə qadirdir və yeri gələndə bu cavab veriləcəkdir. Erməni lobbisinin quluna çevrilmək isə ABŞ - ın siyasi imicinə, dövlətçilik təməlinə, beynəlxalq nüfuzuna çox böyük zərbə vuracaq və vurmaqdadır”.
Günel Abbas
Xəbər lenti
Hamısına baxDünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10

