Səhnəmizin “Sevil”inin açı taleyi...
08.12.2023 [14:34]
Hər iki həyat yoldaşı güllələndi
M.BAYRAMLI
Bu gün Xalq artisti Mərziyə Davudovanın doğum günüdür. Azərbaycanın görkəmli teatr və kino aktrisasının anadan olmasından 122 il ötür. Tatar əsilli Mərziyə Yusif qızı Davudova 1901-ci il dekabrın 8-də Həştərxan şəhərində dünyaya göz açıb. Kəndlərindəki dördillik "Darültəhsil", daha sonra isə "İqbal" rus-tatar məktəbində oxuyub.
İlk rolunu oynayanda 16 yaşı var idi. “Birinci teatr” adlı tamaşada Əfifə rolunu yaradıb. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən onun oyununu bəyənib və onu Bakıya dəvət edib. 1919-cu ildə Bakıya gələn kimi Birləşmiş Dövlət Teatrosu nəzdindəki kollektivə qəbul edilib. Ən böyük arzusu elə onu kəşf edən Hüseyn Ərəbliniski ilə səhnədə tərəfmüqabili olmaq olub. Lakin, 1919-cu ildə Ərəblinski öldürülüb. M.Davudova o dövrün ən güclü aktyorlarından biri olan Abbas Mirzə Şərifzadə ilə eyni səhnəni paylaşıb. Daha sonra ailə qurublar. Mərziyyə Davudova çox qısa müddətdə Akademik Milli Dram teatrının ən aparıcı aktrisalarından birinə çevrilib. Hətta “Sevil” pyesindəki roluna görə tamaşaya baxmağa gələn qadınlar zaldaca çarşablarını çıxarıb atıblar. Aktrisa 1936-cı ildə Xalq artisti adını alıb. Cəfər Cabbarlının "Aydın" (Gültəkin), "Oqtay Eloğlu" (Firəngiz), "Od gəlini" (Solmaz), "Sevil" (Gülüş və Sevil), "Almaz" (Yaxşı və Almaz), "Solğun çiçəklər" (Gülnisə), "Dönüş" (Gülsabah və Turac), "1905-ci ildə" (Nabat və Sona), "Trablis müharibəsi" (Şəmsa) əsərlərinin tamaşalarında əsas rollarda uzun illər səhnəyə çıxıb.
Abbas Mirzə Şərifzadə ilə bir müddət sonra boşanma qərarına gəlirlər. Aktrisa ikinci dəfə digər istedadlı həmkarı Ülvi Rəcəblə ailə qurur. Bu evlilikdən onların Rauf adlı oğlu dünyaya gəlir. 1937-ci ildə həyat yoldaşı Ülvi həbs olunaraq güllələnir. 1938-ci ildə isə Abbas Mirzənin "casusluq" fəaliyyətinə görə güllələnməsi qərara alınır. Ancaq nədənsə qızı Firəngiz xanıma atasının güllələndiyi yox, 1941-ci il noyabrın 1-də ürək infarktından vəfat etdiyi bildirilir. Bütün bu olanlardan sonra Mərziyyə xanımın ömrü güllələnəcəyi anın qorxusu ilə keçir.
Uzun sürən xəstəlikdən Mərziyyə Davudova 6 yanvar 1962-ci ildə Bakı şəhərində dünyasını dəyişir.
Xəbər lenti
Hamısına baxSosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58

