İnsan hüquqları!
09.12.2023 [12:24]
Bəşəriyyətin başlıca ideyası kimi...
Y.BAYRAMOVA
İnsan yaranışından ölümünə qədər ona məxsus olan hüquq və azadlıqları ilə yaşayır. İrqindən, dinindən, yaşından və cinsindən asılı olmayaraq Yer üzündə hər bir insanın hüquqları var. İnsanın hüquq və azadlıqları bütövdür, toxunulmazdır, sərbəstdir. Hətta hər hansı səbəbdən cinayət törədərək həbsxanaya düşən insanın da öz hüquqları var.
Hüququ olmaq, qanadlı quş olub mavi səmanın ənginliklərində pərvazlanıb uçmaq kimidir. İnsan kimi var olmaq özü bir xoşbəxtlikdir. Tanrı insanı Yer üzünün əşrəfi kimi yaradıb və ona duymaq, hiss etmək, sevmək, sevilmək, qurub yaratmaq kimi üstünlüklər bəxş edib. Yaranışından kamil olan insanın yaşamaq, təhsil almaq, ailə qurmaq, övlad dünyaya gətirmək və s. hüquqları var. İntellektli, dünyagörüşlü insan daim öz üzərində çalışaraq irəliyə doğru can atır, qurub yaradır. Azad, hüquqlu, bilikli insan cəmiyyət, dövlət üçün gərəkli işlər görür, ölkəsinin müstəqilliyi, inkişafı üçün öhdəsinə düşən vəzifəni yerinə yetirməyə çalışır.
Yeri gəlmişkən, dekabrın 10-u Ümumdünya İnsan Hüquqları Günüdür. 1948-ci ildə BMT-nin Baş Məclisi tərəfindən İnsan Hüquqları üzrə Ümumi Bəyannamə qəbul olunub. 1950-ci ildən başlayaraq isə hər il dekabr ayının 10-da bütün dünyada “Beynəlxalq İnsan Hüquqları Günü” kimi qeyd olunur.
Cəmiyyətin əsas meyarı...
İnsan hüquqlarının əsas mahiyyəti ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar. Vətəndaşın hüquqları onun müəyyən dövlətə məxsusluğu ilə bağlıdır və vətəndaşlar dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur. Beynəlxalq ictimai hüquqda onları təsdiqləyən ən məşhur sənəd BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir.
Bərabərlik demokratiyanın ən vacib prinsipidir və bütün vətəndaşlar irqindən, milliyyətindən, cinsindən, yaşayış yerindən, cəmiyyətdəki mövqeyindən, dini və siyasi etiqadından asılı olmayaraq qanun qarşısında bərabərdir. Bu prinsipin pozulması ayrı-seçkilik adlanır. Bərabərlik insan hüquqlarını və məhdudiyyətlərini ehtiva edir.
Qanunlar olmayan yerdə azadlıq da yoxdur
Avropada ilk dəfə insan hüquqları anlayışı intibah dövrünə təsadüf edir və ilk dəfə olaraq “insan hüquqları” ifadəsinə 1789-cu ildə qəbul edilmiş Fransanın İnsan və Vətəndaş Hüquqları Bəyannaməsində rast gəlinib. XVII əsrdə yaşamış ingilis filosofu Con Lokk öz əsərində təbii hüquqları yaşamaq, azadlıq və mülkiyyət hüquqları kimi xarakterizə edib. Con Lokk iddia edirdi ki, bu əsas hüquqlar ictimai müqavilədə əks etdirilə bilməz. 1689-cu ildə Böyük Britaniyada qəbul edilmiş hüquqlar haqqında qanuna görə, dövlət orqanlarının zülmkar hərəkətləri qanunsuz hesab edilib.
Müasir dünyaya qovuşmağın əsas yolu...
Azərbaycanda həyata keçirilən sosial islahatlar xalqın maddi rifahının yaxşılaşdırılmasına, vətəndaşların iqtisadi və sosial hüquqlarının müdafiəsinə zəmin yaradır. Hər bir şəxsin həyatında və cəmiyyətdə insan hüquqlarının reallığa çevrilməsi amalı ilə yaşayan Azərbaycan dövləti insan hüquqları sahəsində 20-dək beynəlxalq konvensiya və sazişlərə qoşulub. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib. Konstitusiyamızın dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxımından çox mühüm ictimai-siyasi hadisə idi. Dövlətimiz tərəfindən insan hüquqlarının qorunması, hüquq və azadlıqların təmin olunması sahəsində ardıcıl tədbirlər həyata keçirilib. Aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb. Vətəndaşların maddi rifah halı yüksəlib, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sistemi təkmilləşdirilib. İnsan kapitalının və sosial infrastrukturun inkişafına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib. Bütün bunlar onu deməyə əsas verir ki, Heydər Əliyev tərəfindən təməli qoyulmuş insan hüquqları sahəsində strategiya bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

