Əli Kərimlinin növbəti saxtakarlığı
14.12.2023 [12:19]
AXCP sədri bu şəkilə görə hüquqi məsuliyyət daşıyır
Ordu, əsgər bütün cəmiyyətlərin, xüsusilə Azərbaycan cəmiyyətinin ən həssas nöqtəsidir. İkinci Qarabağ müharibəsi dövründə dövlətlə yanaşı xalqın öz ordusuna, öz əsgərinə sevgisini, qayğısını, məhəbbətini ortaya qoyan minlərlə fakt vardı. Bununla bağlı videofaktlar hələ də sosial şəbəkələrimizi bəzəməkdədir. Azərbaycan dövləti və xalqı öz əsgərini qürur mənbəyi sayır, ən yüksək şəkildə dəyərləndirir.
Cəmiyyətin bu həssaslığından isə bəzən müftəxorlar və ya dələduzlar istifadə etməyə çalışırlar – hətta bəzi "siyasi dələduzluğu" özünə peşə seçənlər tapılır ki, "əsgər" adını özünün manipulyasiya vasitəsinə çevirmək istəyir. Şahidi oluruq – sosial şəbəkələrdə dividend qazanmaq, önə çıxmaq üçün "əsgər", "şəhid ailəsi", "qazi" kontenti adı altında siyasi alverlə məşğul olmaq istəyənlər az deyil. Məsələn AXCP sədri Əli Kərimli kimi…
Vaxtilə Azərbaycan əsgərini aşağılamaqdan çəkinməyən, "Azərbaycan ordusu Qarabağı almaq gücündə deyil" kimi sifarişli "şüarlar" səsləndirən, müharibə dövründə isə bir şəhidin dəfnində belə iştirak etməyən, bir qazi ilə görüşməyən Əli Kərimli yenidən öz saxtakar ampluasındadır. Növbədənkənar seçkilərə özünün növbəti saxtakarlığı ilə qoşulan AXCP sədri sosial şəbəkələrdə qar içində yatan əsgər şəkli paylaşaraq özünəməxsus yalanlarının təsir gücünü artırmaq istəyib – şəkil diqqətimizi cəlb etdiyi üçün bu barədə kiçik bir araşdırma apardıq. Məlum oldu ki, bu şəkil Azərbaycan əsgərinə aid deyil – şəkillə bağlı internet axtarışları 2020-ci ilin martı tarixində Türkiyə Ordusunun komando birliklərinin təlim-məşq toplanışını göstərdi. Digər bir mənbə isə şəkli Pakistan Silahlı Qüvvələrinin komando birlikləri haqqında məlumatla işarələdi.
Beləliklə, Ə.Kərimlinin növbəti saxtakarlıq fəaliyyəti də ifşa edildi – bu şəxs utanmadan Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə məxsus olmayan bir şəkillə "hisslərə təsir göstərmək", insanları qıcıqlandırmaq kimi ucuz vasitələrə müraciət edir. Bu da azmış kimi, dəxliliyi olmayan məsələləri orduya, əsgərə "bağlamağa" çalışır – ötən 3 ildən artıq zaman kəsiyinin bir günündə belə Azərbaycanın Qarabağ qələbəsinə dəstək verməyən, xalqla və dövlətlə həmrəylik nümayiş etdirməyən, tam əksinə, ölkəmizə qarşı təzyiq kampaniyaları, qarayaxmalar həyata keçirən dairələrlə işbirliyində olan, onların direktivi və tezisləri üzrə hərəkət edən, danışan Ə.Kərimlidə "vətənpərvərlik" duyğusu haradan qaynaqlanır? "Əsgər şəkli" manipulyasiyası ilə siyasi alver etmək yolu seçən Ə.Kərimli nə üçün müharibə dövründə öz oğlunu Azərbaycana qaytararaq ordu sıralarında xidmətə göndərmədi – ən azından könüllü kimi ordu sıralarına yazılmaq olardı… Azərbaycanın igid oğulları Vətən torpağının hər qarışını azad etmək uğrunda mübarizə apararkən, Ə.Kərimlinin oğlu Böyük Britaniyada nəyin "mübarizəsini" aparırdı"?
Bu fakt bir daha onu göstərir ki, Əli Kərimli kimi "ucuz təbliğat"a əl atmağa cəhd edənlərin məqsədi yalnız və yalnız yalan və saxtakarlıq üzərindən dividend qazanmaqdır. Əli Kərimli unutmamalıdır ki, bu kimi cəhdlər həm də müəyyən hüquqi məsuliyyət yaradır – əgər bu əsgər şəkli Azərbaycan Ordusunun əsgərinə aiddirsə, AXCP sədri bu şəkli paylaşmaqla özünə hüquqi məsuliyyət yaradır. Yox, əgər bu şəkil Azərbaycan əsgərinə aid deyilsə, demək ki, Ə.Kərimli ordunun adından yalan və saxta fotoşəkillər paylaşır. Hər iki halda məsələnin aidiyyatı orqanlar tərəfindən araşdırılması ehtiyacı ilk baxışdan duyulur.
Beləliklə, bütün yollardan və vasitələrdən əli çıxan Kərimli artıq xalqın qürur mənbəyi olan ordunu öz saxtakarlığına alət etməyə çalışır. Bu, Ə.Kərimlinin hansı mənəvi "dəyərlərə" malik olduğunu bir daha ortaya qoyur…
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

