Yadigar Sadıqlının istefa etirafları...
15.12.2023 [10:15]
“Müsavat”ın timsalında redikül müxalifətin acınacaqlı vəziyyətindən xəbər verir
Artıq uzun müddətdir ki, siyasi palitrada mövcudluğu hiss edilməyən redikül müxalifət partiyalarında vəziyyət acınacaqlı hal alıb. Bu təşkilatları bürüyən istefa dalğaları onsuz da “fəaliyyəti” sosial şəbəkələrə transfer olan və kiçik qruplaşmalar kimi xarakterizə edilən “partiya”lardakı həqiqi mənzərəni göz önünə sərir. Bir neçə gün öncə gənclərin AXCP-dən istefa verərək ayrılmasının ardından Müsavat Partiyasında da “yarpaq tökümü” başlayıb. Belə ki, “Müsavat” sədrinin sabiq müavini, ötən qurultaylarda sədrliyə namizəd olmuş Yadigar Sadıqlı partiya üzvlüyündən istefa verib. Yadigar Sadıqlı bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, paylaşımında Müsavat Partiyasının siyasi xəttini, Müsavat başqanı Arif Hacılı və İsa Qəmbəri tənqid edib, partiyanın nüfuzunu itirdiyini vurğulayıb. Məsələnin mahiyyətinə keçməzdən əvvəl qeyd edək ki, 2014-cü ildə keçirilən qurultayda baş verən saxtakarlıqlardan sonra Müsavatın fəaliyyətində mühüm durğunluqlar müşahidə olunurdu. Y.Sadıqlı özünün istefa səbəblərini yazarkən bu kimi məqamların üzərinə işıq salıb. Bildirib ki, hazırda Müsavat Partiyasında rəhbər vəzifə tutan, Divan üzvü olanların böyük əksəriyyəti heç siyasi fiqur deyillər: “Sosial şəbəkə profillərinə baxsan siyasi yazı görməzsən. Uzağı, Arif Hacılının, İsa Qəmbərin yazılarını təkrar paylaşarlar. Bunun səbəbi təkcə ölkədəki vəziyyət deyil, həm də rəhbərliyin “sönüklər içində parlaq” olmaq, ətrafda sorğulayacaq, irad tutacaq şəxsin olmaması istəyidir”.
Y.Sadıqlı partiyadakı vəziyyətin acınacaqlı olması faktını həm də üzvlərin partiyaya münasibəti, hətta Mərkəzi Qərargaha belə ayaq basmaması ilə əlaqələndirib. Bildirib ki, vaxtilə “Müsavat” qərargahında oturmağa yer tapılmırdı: “İndi vəziyyətin nə yerdə olduğunu Fəxri xiyaban, Novxanı ziyarətləri zamanı görmək mümkündür. Ən dəhşətlisi də odur ki, vəziyyəti düzəltmək barədə düşünmək əvəzinə gözə girən bu gerçək inkar edilir”.
O qeyd edib ki, bu illər ərzində partiyanın siyasi xəttinə, elan etdiyi dəyərlərə və prinsiplərə, Müsavatın özünə xəyanət edən adamların nazı ilə daim oynanıldı, onları “qazanmağa çalışdı”lar. Amma İsa Qəmbərlə fikirləri toqquşanların üstündən dərhal xətt çəkildi: “Mən üzv olanda bir gün Müsavatdan gedəcəyimə heç vaxt inanmazdım. İndi getməkdən başqa yol olmadığını görürəm. Nə partiya rəhbərliyinin tutduğu mövqe, nə şəxsi münasibətlərin səviyyəsi mənim partiyada birgə mübarizə aparmağıma imkan verir. Mən Müsavatdan istefa verirəm, amma müsavatçı kimi qalmaq üçün istefa verirəm. Yaranan vəziyyətin bir acı istehzası da budur”.
Göründüyü kimi, sonuncu fikirdə Y.Sadıqlı həm də partiya rəhbərliyinin iddia etdiyi “müsavatçılıq ideologiyasına” belə xəyanət etdiyini səsləndirib.
Qeyd edək ki, bu istefalar bir daha redikül düşərgə partiyalarının fiaskoya uğradığını, partiya rəhbərlərinin isə yalanlarının ifşa edildiyini təsdiqləyir. Düşərgə partiyalarını özlərinin şəxsi kooperativinə çevirən partiya sədrlərinin xarici anti-azərbaycançı dairələrin maliyyəsi qarşılığında hərəkət etdiyi, “radikal müxalifət” görüntüsü altında hətta milli maraqlara qarşı cəbhə aldığı təşkilat üzvləri tərəfindən də etiraf olunur. Ən azından Y.Sadıqlının istefa etiraflarında Müsavat Partiyasının əsl siması və düşdüyü durum tam çılpaqlığı ilə ortaya qoyulur. Hər zaman müsavatçılıq ideologiyasını özünə qalxan seçərək bu ideologiyanı istismar edən və onu manipulyasiya vasitəsinə çevirən partiya rəhbərləri öz addımları ilə “Müsavat” adlanan siyasi təşkilatda monolit birliyin, qarşılıqlı etimadın olmadığını, qrup maraqlarına xidmət göstərdiklərini bir daha nümayiş etdirdilər. Bir sözlə, partiyada illərdir ki, davam edən intriqalar, qruplararası çəkişmələr artıq əsl mənzərəni üzə çıxarır...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

