Milli Məclisin plenar iclasında...
23.12.2023 [11:30]
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlandı
Dekabrın 22-də Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 27 məsələnin müzakirəsi daxil edilib.
Əvvəlcə sədr çıxış edərək bildirib ki, iki gün sonra, dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür: “Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan öz tarixinin ən şanlı dövrlərindən birini yaşayır. Biz siyasi, iqtisadi və hərbi qüdrəti ilə geniş bir bölgədə söz sahibi olan dövlətimizlə qürur duyuruq. Son 30 ildə ölkəmizin inkişafı yolunda ən böyük maneə olan bir problem artıq keçmişdə qalıb. 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi və bu il sentyabrın 20-də antiterror tədbirləri nəticəsində əzəli tarixi torpaqlarımız olan Qarabağın və Şərqi Zəngəzurun işğalına son qoyulmuş, dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib.
Bütün bu uğurların təməlində ulu öndər Heydər Əliyevin inkişaf strategiyasını layiqincə davam etdirən dövlət başçısı möhtərəm İlham Əliyevin uzaqgörən daxili və xarici siyasət xətti dayanır. Məhz onun fenomenal liderlik məharəti, idarəçilik bacarığı, əzmi və cəsarəti sayəsində Azərbaycan dünyanın sayılıb-seçilən dövlətləri sırasına çıxıb”.
O qeyd edib ki, İlham Əliyev xalq və Vətən yolunda müstəsna xidmətləri ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb: “Ölkəmizin sürətli və dinamik iqtisadi inkişafı xalqımızın və dövlətimizin xoşbəxt gələcəyini təmin edən möhtəşəm layihələri reallaşdırmağa imkan verir. Məhz bunun nəticəsidir ki, Azərbaycan bu gün Qarabağda öz miqyasına görə heyrət doğuran bərpa-quruculuq işlərini əzmlə həyata keçirir. Ali Baş Komandanın rəhbərliyi ilə xalqımız döyüş meydanlarında göstərdiyi hünərləri bu gün tikinti meydançalarında da nümayiş etdirir. Məcburi köçkün soydaşlarımız 30 il həsrətində olduqları ata-baba yurdlarına dönürlər.
Möhtərəm Prezidentin təşəbbüsü və iştirakı ilə dünən Xankəndi şəhərində baş tutan tədbirlər Azərbaycanın öz torpaqlarının əsl sahibi olduğunu, “Qarabağ Azərbaycandır!” həqiqətini bir daha bütün dünyaya çatdırdı. Hörmətli deputatlar, təklif edirəm ki, doğum günü münasibəti ilə möhtərəm Prezidentə Milli Məclis adından təbrik məktubu ünvanlayaq. Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətində ona yeni uğurlar arzulayaq”.
Deputatlar sədrin bu təklifini alqışlarla dəstəkləyiblər.
Sonra deputatlar Zahid Oruc, Naqif Həmzəyev, Razi Nurullayev, Fazil Mustafa, Fəzail Ağamalı, Siyavuş Novruzov, Etibar Əliyev, Qüdrət Həsənquliyev cari məsələlər ətrafında çıxış ediblər.
Daha sonra qanun layihələri müzakirə edilib. Ümumilikdə 27 qanun layihəsində əlavə və dəyişikliklər edilməsi ilə bağlı qərar qəbul olunub.
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

