Qondarma şuradan növbəti antimilli hərəkət...
23.12.2023 [10:40]
Xarici donorlar redikülləri “aktivləşdirir”
2024-cü ilin fevralın 7-nə elan edilmiş prezident seçkiləri ölkəmizdəki demokratik mühitə, prinsiplərə sədaqətin növbəti təsdiqidir. Bəlli olduğu kimi, demokratiyanın ən mühüm göstəricisi məhz seçkidir. Bu mənada, seçkilərdə iştirak etmək, xalqın real münasibəti ilə üz-üzə dayanmaq özünü siyasi təşkilat sayan hər bir partiya üçün vacib ünsürdür.
Qeyd edildiyi kimi, qarşıdan gələn prezident seçkisi təbii olaraq ölkədəki siyasi ab-havanın daha da dinamikləşməsinə səbəb olub. Əlbəttə ki, burada söhbət cəmiyyətin, eyni zamanda, real siyasi qüvvələrin qarşıdan gələn parlament seçkiləri ilə bağlı proseslərə daha həssas yanaşmasından gedir.
Amma bir qism azlıq da var ki, onların ənənəvi “boykot sevdası” heç də “elan etdikləri” siyasi prinsiplərlə üst-üstə düşmür. Adını “siyasi partiya” qoymuş AXCP özünün acınacaqlı durumunu ört-basdır etmək üçün bu yola baş vurur -hazırki durumu isə AXCP özü “müəyyənləşdirib”. Bu partiya 2020-ci il Vətən müharibəsi dövründə, 2023-cü il antiterror tədbirləri zamanı xalq ilə, dövlət ilə birgə olmaq istəməməklə, həmrəylikdən yayınmaqla özünə qarşı cəmiyyətin bu münasibətini formalaşdırıb.
Maraqlıdır ki, seçkilərə hələ iki aydan çox müddət qalmasına baxmayaraq, redikül müxalifət artıq öz subyektiv və əsassız fikirlərini “ictimai rəy” adı ilə cəmiyyətə sırımağa çalışır - yalan kampaniyalarına start verib. Məsələn, xarici ermənipərəst dairələrin tezislərini özünün “siyasi kursuna” çevirən AXCP hər zaman olduğu kimi bu dəfə də seçki prosesi başlamamış qabaqdangəlmişlik etməyə salışır - artıq indidən seçkinin nəticələrini şübhə altına almağa çalışır. Əli Kərimli yenidən uğursuz “seçki sonu taktikasının” kölgəsi ilə sürünməkdədir. İllərdir öz uğursuzluğunu pafosun altında gizlətməyə çalışan Ə.Kərimli öz “adət”indən əl çəkməməklə yanaşı, köhnə qaraguruh təfəkkürünü də yeniləyə bilimir. Pafosa üstünlük verən, ən əsası bəzi xarici maraqları xalqın mənafeyinin, seçici rəyinin önünə keçirməyə çalışan Ə.Kərimli yenidən öz ampluasında zühur etməyə çalışır və köhnə “baykot” havasını çalır.
Kərimlinin “başçılıq etdiyi” xəyanətkar dəstə isə özünün antimilli fəaliyyətini davam etdirməkdədir. “Antimilli şura” hər zaman olduğu kimi milli maraqlara zidd olan bütün məsələləri “dəstəkləyir” - necə ki, son prosesdə olduğu kimi. Belə ki, ABŞ-ın Nyu-Cersi ştatının demokrat senatoru Endryu Tsviker Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan N4107 “qanun layihəsini” irəli sürüb. Bu əsassız və bəlli lokal korporativ maraqlara əsaslanan “kağız parçası” gündəmə gələr gəlməz antimilli şura yenidən “fəallaşdırılıb”. Bəli, məhz xarici dəstəkçiləri, havadarları və maliyyə donorları tərəifndən fəallaşdırılıb. Endryu Tsvikerin kağızının “mürəkkəbi qurumamış” qondarma şura bu məsələni “dəstəkləyən bəyanat” ilə çıxış edib.
Əslində, “plan və koordinat” eynidir - hər zaman olduğu kimi, seçkiqabağı proseslərdə ölkəmizin nüfuzuna, imicinə ləkkə yaxmaq üçün hər kəslə əməkdaşlığa hazır olan antimilli şura növbəti dəfə simasızlığını ortaya qoyur. Bütün dövrlərdə Azərbaycanın milli maraqlarına əks mövqedən çıxış edən bu “oyuncaq müxalifət” yenə də öz ampuasındadır. Antimilli şurada tmsil olunan Gültəkin Hacıbəyli, Cəmil Həsənli digərlərinin niyyəti isə heç bir zaman yerinə yetməyəcək. Azərbaycanın uğurlu inkişafına mane olmaq istəyən qüvvələrin əlaltısı olmaq isə qondarma şuraya başucalığı vəd etmir...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

