/ / Qəbələdə “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda tədbir keçirilib
Qəbələdə “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusunda tədbir keçirilib
25.12.2023 [11:37]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Heydər Əliyev İli” çərçivəsində ölkəmizin 10 rayonunun Heydər Əliyev mərkəzlərində icra hakimiyyətləri ilə birlikdə Ulu Öndərin Azərbaycan multikulturalizminin inkişafında xidmətlərinə həsr olunan seminarlar keçirib. “Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi banisidir” mövzusuna həsr edilən seminarların keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin çoxspektrli fəaliyyəti, hakimiyyətə ikinci dəfə gəlişindən sonra azərbaycançılıq məfkurəsinin yenidən təşəkkül tapmasında rolu, xüsusən də ölkəmizdə əsrlərdən bəri əmin-amanlıq şəraitində birgə yaşayan müxtəlif etnik qruplar və konfessiyalar üçün yaradılan şərait, bu gün milli və dini icmalara göstərilən dövlət qayğısı barədə geniş maarifləndirmə işləri aparmaqdır.
Layihə çərçivəsində sonuncu seminar Qəbələ şəhərində keçirilib. Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən yolunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon rəsmiləri, ağsaqqallar, dini icma sədrləri, təhsil və mədəniyyət işçiləri, gənclər və rayon ictimaiyyətinin digər nümayəndələrinin iştirakı ilə keçirilən seminarda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırladığı “Heydər Əliyev və multikulturalizm” sənədli filmi nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışdığını vurğulayıb. Bildirib ki, bu ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Texniki Univesitetinin professoru, fəlsəfə elmləri doktoru Əyyub Kərimov Ulu Öndər Heydər Əliyevin Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşməsində, tolerantlıq və multikulturalizm ənənələrinin yüksək qiymətləndirilməsində, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanmasında böyük xidmətləri olduğunu bildirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Araz Qurbanov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müasir azərbaycançılıq ideologiyasının əsasında Azərbaycanlıların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə multikultural dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi fəaliyyət Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Bu uğurlu siyasətin nəticəsində Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi birləşərək 30 ilə yaxın düşmən tapdağında qalan tarixi topmaqlarımızı işğaldan azad etdi.
Tədbirin sonunda iştirakçıların fikirləri dinlənilib, sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50

