Milli Məclisin plenar iclasında...
27.12.2023 [10:33]
9 məsələ müzakirə edildi
Günel ABBASOVA
Dekabrın 26-da Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası keçirilib. Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 9 məsələnin müzakirəsi daxil edilib.
Əvvəlcə deputatlar Əli Məsimli, Etibar Əliyev, Vüqar Bayramov, Tural Gəncəliyev, Hikmət Məmmədov, Sahil Alıyev, Elşad Mirbəşir, Fatma Yıldırım, Emin Hacıyev, Zahid Oruc, Bəhruz Məhərrəmov, Nizami Səfərov, Fazil Mustafa, Razi Nurullayev, Elman Nəsirov, Sabir Rüstəmxanlı, Tahir Kərimli, İsa Həbibbəyli, Aqil Abbas cari məsələlər ətrafında çıxış ediblər.
Milli Məclisin deputatı Tural Gəncəliyev çıxışı zamanı Ermənistanı yenidən silahlandıranların məqsədlərinə nail ola bilməyəcəklərini bildirib: “Bu günlərdə mətbuatda Fransanın Evian-le Ba şəhərində yerləşən parkda Xurşidbanu Natəvanın irsinə qarşı təhqiramiz hərəkətlərin edildiyi barədə məlumatlar yayılır. Ermənistanı yenidən silahlandıranlar revanşist qüvvələri alovlandırmaq məqsədi güdürlər, amma buna nail ola bilməyəcəklər. Təəssüflər olsun ki, vaxtilə Ermənistandan manipulyasiya aləti kimi istifadə edən, sonradan xunta rejiminin əli ilə Qarabağda xaos yaratmaq istəyən Fransa indi də Azərbaycan mədəniyyətinə qarşı, Qarabağın, mədəniyyətimizin simvolu olan Xurşidbanu Natəvana qarşı belə hərəkətlərə yol verir”.
Onun fikrincə, ironiya ondan ibarətdir ki, dünyada mədəni və qeyri-mədəni irsin qorunmasına məsul olan UNESCO-ya ev sahibliyini Fransa edir. Bu da çox təəssüfedici haldır.
“Ümumiyyətlə, Fransanın irtica siyasətini ifşa edən rıçaqlarımızı işə salmalıyıq. Fransa insan hüquqları, mədəni irslə bağlı Azərbaycana və dünyanın digər ölkələrinə dərs keçəcək sonuncu ölkədir”, - T.Gəncəliyev deyib.
Sonra Milli Məclisdə təmsil olunan Qərbi Azərbaycan İcması nümayəndələrinin Bəyanatı qəbul olunub. Bununla bağlı məsələ parlamentin plenar iclasında müzakirəyə çıxarılıb. Bəyanatı Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli oxuyub.
Qeyd edək ki, bəyanatın mətni parlamentdə Qərbi azərbaycanlı kimi təmsil olunan 23 deputat tərəfindən hazırlanıb.
Daha sonra “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsi, “Arbitraj haqqında” qanun layihəsi (üçüncü oxunuş), Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş), “Mediasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunların icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Prokurorluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş), “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) müzakirə edilərək səsverməyə çıxarılıb və qəbul edilib.
Beləliklə, Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

